Gəncədə “20 Yanvar” faciəsinin ildönümü keçirilib

0 1. 030

 Azbelediyye.info xəbər verir ki,respublikanın hər yerində olduğu kimi Gəncədə də 20 yanvar faciəsi şəhidlərinin xatirəsini anılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Din xadimi tərəfindən şəhidlərin ruhuna dualar oxunub.

Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ictimaiyyət nümayəndələri ilə birlikdə şəhid məzarlarını ziyarət edərək onların üzərinə qərənfillər düzüb.

Qeyd edək ki, 29 il bundan öncə törədilən “20 Yanvar” hadisəsinin təkcə hüzn günü kimi yox, eyni zamanda tariximizin şərəf və qəhrəmanlıq günü kimi yaddaşlarda qalıb.

“20 Yanvar” və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bununla belə Azərbaycan xalqı hər zaman olduğu kimi öz qürurunu itirmədi, onun iradəsi qırılmadı.

 

Your email address will not be published.