İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

0 694

Kanal32.info xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəliblər.

Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib.

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etdiblər.

 

Your email address will not be published.