Mingəçevirdə “20 Yanvar” faciəsi anılıb-FOTOLAR

0 623

    Azbelediyye.info xəbər verir ki,20 Yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə Mingəçevirdə ümumşəhər tədbiri keçirilib.

Anım mərasimi zamanı İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri  və şəhər sakinləri Şəhidlər xiyabanındakı 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar.

Şəhidlərin ruhlarına dualar oxunub. Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edib.O bildirib ki, 20 Yanvar xalqımızın qürur və mübarizə tarixidir.İcra başçısı qeyd edib ki, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətliamı təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə insanlığa, humanizmə,bəşəri dəyərlərə qarşı törədilən cinayətdir.

Çıxışın ardınca Mingəçevirdə ilk dəfə olaraq  abidə kompleksi önündə ,açıq havada şəhər Dram Teatrının aktyorlarının ifasında 20 Yanvar faciəsinə həsr olunmuş  mükəmməl bədii kompozisiya nümayiş olunub.

 

Your email address will not be published.