“Sosial Müdafiə Akademiyası” layihəsinin təqdimatı keçirildi

0 850

Azbelediyye.info  xəbər verir ki,Biləsuvar Gənclər evində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XI Qrant müsabiqəsi çərçivəsində “Biləsuvar Yeniyetmə və Gəncləri” İctimai Birliyinin qalib olduğu “Sosial Müdafiə Akademiyası” layihəsinin təqdimatı keçirilib.
Layihənin təqdimat mərasimində Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, rayon Təhsil şöbəsinin, DSMF Biləsuvar rayon şöbəsinin nümayəndələri, Biləsuvar Peşə liseyinin şagirdləri və sosial müdafiəyə ehtiyacı olan gənclər iştirak edib.


Çıxışlarda bildirildi ki, “Sosial Müdafiə Akademiyası” layihəsi Azərbaycan Respublikasının  «Əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sоsial müdafiəsi haqqında» qanunun icrası məqsədilə Biləsuvar və Salyan rayonlarında fiziki məhdudiyyətli uşaq, yeniyetmə və gənclər, eyni zamanda əmək qabiliyyəti yaşına çatmış əhali qrupu arasında peşə hazırlığı, təhsillə bağlı müxtəlif təşəbbüslərin stimullaşdırılması, onların reablitasiyası, işə düzəlmə, sosial müavinətlərdən asılılığı azaldan və müstəqilliyi təşviq edən tədbirlərin həyata keçirilməsinə xidmət edəcəkdir.

Layihə çərçivəsində Salyan və Biləsuvar rayonlarında xüsusi qayğıya ehtiyacı olan şəxlərin təhsili, peşə hazırlığının artırılması, onların potensiallarının üzə çıxarılması və sosial müdafiəsi  üçün geniş tədbirlər planı həyata keçiriləcək.
Daha sonra layihə təlimçisi Bəhruz Nəbili tərəfindən gənclərə slayd nümayiş etdirildi və layihə ilə bağlı daha ətraflı məlumat verildi.

Your email address will not be published.