“Azərbaycanda Gender bərabərliyi və media azadlığı”-FOTOLAR

0 709

Kanal32.info-nun məlumatına görə,Avropa Şurasının “Azərbaycanda Gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində “Hilton Baku” otelində Avropa Şurasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Gender bərabərliyi və media azadlığı” mövzusunda təlimlər keçirilib.

Təlimlər Avropa Şurasının Bakı ofisinin əməkdaşı və layihənin rəhbəri Pərvanə Bayramova ,Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli,Media eksperti,hüquqşünas Ələsgər Məmmədli,tanınmış hüquqşünas Adil İsmayılov,JQA-nın prezidenti Sevil Yusifova tərəfindən aparılıb.Həmçinin, konfransa Bolqarıstandan dəvət olunmuş, Avropa Şurasının eksperti, “Media 21” Fondunun prezidenti Dr. Bissera Zankova və Türkiyədən dəvət olunmuş, Avropa Şurasının eksperti, Bahçeşehir Universitetinin müəllimi xanım Gülbin Ayşe Karabat da çıxış ediblər. Sessiyalar maraqlı müzakirələr və təkliflərlə diqqət çəkib.

Qeyd edək ki,təlimlər “Gender bərabərliyi və media azadlığı sahəsində Avropa Şurasının standartları”, “Gender bərabərliyi və media azadlığı: Azərbaycan qanunvericiliyi və təcrübəsi”, “Cinsiyyətçi nifrət nitqi ilə mübarizə”, “Gender məsələlərinin mediada işıqlandırılması”, “Azərbaycan mediasında gender bərabərliyi: perspektivlər və çağırışlar” adlı 5 sessiyanı əhatə edib.

Təlimdə media təmsilçiləri, jurnalistika fakültələrinin magistr və doktorantları,eləcə də sonuncu kurs tələbələri  iştirak edib.Sonda iştirakçılara sertfikatlar təqdim olunub.

Müəllif:İxtiyar Həsənli

Your email address will not be published.