Gəncədə güclü yanğın-FOTO

0 542

Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 2 min kvadratmetr olan ikimərtəbəli mansarda tipli binanın birinci mərtəbəsi 500 kvadratmetr sahədə yanıb. Yanğın nəticəsində binanın birinci mərtəbəsindəki mağazanın içərisində olan geyim malları yanıb.

Azbelediyye.info Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata istinadən bildirir ki, mağazanın zirzəmisi, ikinci mərtəbəsi və mansardı yanğından mühafizə olunub.Yanğın  3 mərtəbəli “Ucuzluq” adlı mağazada baş verib.Mağaza binasının birinci mərtəbəsində baş verən yanğın qısa müddətdə güclənib. Nəticədə həmin mərtəbə əşyaları ilə birgə yanıb.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı müvafiq qaydada araşdırma aparılır.

Your email address will not be published.