Tənqid olunan məmur əməkdaşaımızı məhkəməyə verdi

0 718

Mingəçevir şəhər Xəstəxanasının Publik hüquqi şəxsi-direktoru Könül Ələkbərov bölgədə fəaliyyət göstərən tanınmış jurnalist,”Azərbaycan Bələdiyyəsi”qəzetinin və Azbelediyye.info saytının müxbiri İxtiyar Həsənlini məhkəməyə verib.Səbəb isə jurnalistin Mingəçevir Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqları,özbaşınalıqları və dövlət proqramının icrasında yol verilən nöqsanları araşdırma yazılarla gündəmə gətirməsidir.İddiaçı hesab edir ki,İxtiyar Həsənlinin “Təcili yardım,yoxsa “ölmüşlərə yardım”?” başlıqlı məqaləsində bunların “işgüzar nüfuzu”na xələl gəlib.Əsassız və absurd iddialar irəli sürən Könül Ələkbərov jurnalistin təkzib verməsini və ona 20 min manat təzminat ödəməsini istəyir.

Maraqlıdır ki,hər gün barəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə onlarla şikayət zəngi,onlarla məktub daxil olan bu şəxs naşı idarəetməsi sayəsində yaratdığı çatışmazlıqları aradan qaldırmaq əvəzinə “özünü təmizə”çıxarmaq istəyir.Amma,anlamaq istəmir ki,media işçiləri ilə konfiliktə getmək onun bir məmur olaraq nüfuzuna(əgər varsa)sadəcə zərbə vurur.

Amma,ən diqqətçəkən məqam ondan ibarətdir ki,Könül Ələkbərov kimi məmurlar nədənsə Avropa Şurasının və digər beynəlxalq təşkilatların Azərbaycana yönəlik qərəzli basqılarının artdığı bir vaxtda jurnalistlərin üzərinə getməklə ermənipərəst avropalıların dəyirmanına su tökür.Bunun isə bir adı var:Çox hörmətli prezident İlham Əliyevin əleyhinə aparılan kaompaniylara dəstək vermək.Beynəlxalq təşkilatlarda ölkəmiz adına media azadlığının məhdudlaşıdrılması fikri yaratmaq və onların mövcud iqtidarı “qaralamasına” imkanlar yaratmaq.

Redaksiya olaraq bütün media nümayəndələrindən xahiş edirik ki,01 fevral 2019-cu il tarxidən etibarən Mingəçevir Məhkəməsində başalanacaq prosesləri diqqət saxlayın!

Your email address will not be published.