Bakıda azərbaycanlıları qırmış erməni marşal

0 748

Rusiya televizyasındakı film Çingiz Abdullayevi şoka salıb

Xalq yazıçısı Çingiz Abdullayev  milliyyətcə erməni olan marşal Xudyakovun Bakıda 1918-ci il mart qırğınlarında iştirakı barədə çəkilmiş film yaqqında məqalə yazıb.

Kanal32.info “1news.az”da dərc olunmuş məqalədən bəzi hissələri təqdim edir:

Hər şey Rusiya telekanallarında nümayiş marşal Xudiyakov haqqındakı filmlə başladı. Mən dostlarıma təkidlə zəng etdim ki, təkrar o filmə baxsınlar. Hər şey məni şoka salırdı. İlk öncə Rusiya televizyası belə başladı: 1918 – ci ildə Bakıda ermənilər azərbaycanlılara qarşı qırğın törədib. Mən bilirəm bu bizim tariximizdir. Bəs niyə bizim telekanallar kanalllar bu filmi nümayiş etdirməyib?

Axı Xudyakov özü bu qətllərdə iştirak edib elə ona  görə də öz soyadını dəyişib həttda onun oğlu bunları unutmayıb. Sergey Xudyakov adlı komandir özünə Armenak Xanferyants adını götürürkü heç kim onu heç harda tapa bilməsin. Niyə bəs bu film alıb bir neçə dildə dubliaj etməyək?

Daha sonra bir neçə gün əvvəl Solovyevin verlişində Kurqinyan ilk dəfə belə deyib: 1990 – cı illərdə mən şəxsən özüm Bakıda olmuşam. Guya ki, azərbaycanlılar ermənilərin başını kəsib onların kəllələrindən futbol topu kimi istifadə edib. Bunlar hamısı yalandır! O bütün ölkəyə, bunları törədənlərin azərbaycanlılar deyil xüsusi yollanmış adamlar olduğunu dedi. Təkrar edirəm erməni Kurqinyan 1990-cı ilin yanvar hadisələri barədə dedi… Niyə onun yanına jurnalistlər göndərib açıqlamalarını Rusiya qəzetlərində dərc etdirməyək?

…Beləcə, məni bir sual da maraqlandırır. Bizim imkanlı şəxsləri nə düşündürür? Onlar hansı qayğılarla yaşayır?.. Bu gün bizim yaradıcı insanlar Qarabağ haqqında həqiqətləri dərc etdirmək üçün vəsait tapa bilmir. Ordumuz hər şeylə təmin olunub ancaq bizim özümüzündə mülki məsuliyyətimiz var axı. Heç vaxt öz ölkənə belə tüpürmək olmaz…

Your email address will not be published.