Cəlilabadda kütləvi zəhərlənmə

0 754

Xezerxeber.az bildirir ki, hadisə rayonda yerləşən “Woodpecker” mebel fabrikində qeydə alınıb.

İlkin məlumata görə, zəhərlənmə əşyaların düzəldilməsi üçün istifadə olunan xüsusi kleylərdən baş verib.

Hadisə nəticəsində 5 nəfər xəstəxanaya çatdırılıb. Bunlar – 1987-ci il təvəllüdlü Musayeva Vüsalə İxtiyar qızı, 1985-ci il təvəllüdlü Babayeva Pərvanə Sakit qızı, 1986-cı il təvəllüdlü Cəfərova Lalə Bayraməli qızı, 1981-ci il təvəllüdlü Tağıyeva Fəxriyyə Şəmsəddin qızı və 1970-ci il təvəllüdlü Rzayeva Nazı Səlim qızıdır.

Faktla bağlı araşdırma aparılır.

Your email address will not be published.