Nəvə nənəsinin evinə basqın etdi-MİNGƏÇEVİRDƏ

0 741

  Kanal32.info xəbər verir ki, Mingəçevir şəhərində soyuğunçuluq hadisəi baş verib.Belə ki,şəhərin Təbriz küçəsində yaşayan, 1939-cu il təvəllüdlü Züleyxa Bağırova polisə müraciət edərək  bildirib ki,fevralın 6-da 18 radələrində evində oğurluq olub.80 yaşlı qadın müraciətində deyib ki, nəvəsi, 1989-cu il təvəllüdlü Tural İsgəndərovun tanımadığı bir nəfərlə birlikdə onun yaşadığı evə daxil olaraq zor tətbiq edib və evdə olan 3000 manat pulu götürərək gedib.

Müraciət əsasənda hadisə yerinə baxış keçirilib, zərərçəkənin izahatı alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 180.1-ci (özgənin əmlakını açıq talama) maddəsi ilə cinayət işi başlanıb.

Müəllif:İxtiyar Həsənli

Your email address will not be published.