Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək

0 770

İranın “Iran Khodro Company” (IKCO) şirkətinin Azərbaycanda istehsal edəcəyi “Dena” markalı avtomobillərin Ukraynaya ixrac edilməsi planlaşdırılır.

Ukrayna mətbuatı yazır ki, bu barədə ölkənin Avtomobil İstehsalçıları Assosiasiyası məlumat yayıb.

Məlumatda deyilir ki, İran şirkəti yenidən Ukrayna bazarına çıxır və istehsalı olan “Dena” modellərini bu ölkəyə aparmağı planlaşdırır.

İlk öncə Ukrayna həmin modellərdən az sayda göndəriləcək və istehlakçıların reaksiyası yoxlanılacaq.

Your email address will not be published.