Mingəçevirin yeni rəisi kimdir?

0 965

Daxili işlər orqanlarında kadr dəyişikliyi baş verib.

Azbelediyye.info bildirir ki,müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Sənədə əsasən, Zərdab rayon Polis Şöbəsinin rəisi Teymur Hacıyev tutduğu vəzifədən azad edilərək Mingəçevir şəhər Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Xatırladaq ki, bundan əvvəl nazirin əmri ilə, Qax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev vəzifəsindən azad olunaraq Yevlax rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Balakən rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov isə Şəmkir rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Your email address will not be published.