İzmirdə torpaq sürüşməsi baş verib

0 784

Türkiyənin İzmir şəhərində torpaq sürüşməsi baş verib. Hadisə zamanı 10 ev zərər görüb, bir ev tamamilə dağılıb.

AZƏRTAC xəbər verir ki, sürüşmənin təxminən 10 gün əvvəldən başladığı, lakin bu gün aktivləşdiyi bildirilir. Ətrafdakı evlərin sakinləri təxliyə olunublar.

Sürüşmə səbəbindən bəzi yollar tamamilə bağlanıb. Hadisə zamanı ölən və yaralananların olmadığı bildirilir.

Your email address will not be published.