Mingəçevirdə dağıntı və yanğın-FOTO

0 652

Mingəçevirdə əsən güclü külək şəhərin müxtəlif ərazilərində problemlərə yol açıb.

Kanal32.info  xəbər verir ki, təxminən saat 13:30 radələrində güclənən külək nəticəsində şəhərin bir neçə ərazisində ağaclar kökündən qoparaq və qırılaraq səkilərə düşüb və bəzi fəsadlara yol açıb.Həmçinin,ağacın aşması nəticəsində sakinlərə məxsus “Mercedes” və “VAZ-2107” markalı iki maşın əzilib.

Təbiət fəlakət şəhərin bəzi massivlərində elektrik enerjisinin kəsilməsinə də səbəb olub,enerjinin verilməsində  fasilələr yaranıb.

Ən təlükəli hadisələrdən bir şəhərin “Yeni köçkün qəsəbəsi”nin yaxınlığındakı boş qamışlıq sahədə qeydə alınıb.Belə ki,ərazidə başlanan lokal yanğın güclü küləyin təsiri ilə sürətlə yayılmağa və güclənməyə başlayıb.Köçkün qəsəbəsindəki binalara doğru yaxınlaşan güclü alov əraziyə gələn FHN-nin iki yanğınsöndürən briqadası tərəfindən söndürülüb.

Your email address will not be published.