Osmanlı tarixinin işıqlı siması Kamal Karpat vəfat etdi

0 783

 Səməd Vəkilov

Hüquqşünas

    Kamal  Haşim Karpat 15  fevral 1923-cü il tarixdə Ruminiyada anadan olub.   İstanbul Üniversiteti  hüquq fakultəsində bir müddət  təhsil aldıqdan sonra Vaşinqton Universitetində siyaysi elmlər üzrə ali təhsilini başa vuraraq   New York Üniversitetində   doktorluq müdafiə edib.

Sonra bir müddət Birləşmiş Millətlər Təşkilatının  İqtisadi və Sosial Şurasında da çalışmışdır.   Dünyanın ən aparıcı universitetlərində o cümlədn aralarında New York Universitesi, Montana State University – Bozeman, Princeton University,Bilkent Üniversiteti , Ortadoğu Teknik Üniversiteti,  Ankara Üniversiteti,  Harvard University, Johns Hopkins University, Columbia University, École des Hautes Études en Sciences Sociales (EHESS) və University of Washington olmaqla bir çox universitetlərdə dərs deyib. Osmanlı ve Türkçə Araşdırmaları Birliyi Türkiye Araşdırmaları İnstitunun üzvü olmuşdur.

1970-ci ildə  University of Wisconsin–Madisonda professör drəcəsi alıb. Həmiçinin həmin universitetdə  6 ayda bir nəşr olunan “International Journal of Turkish Studies”   elmi jurnalın redaktoru olmuşdur.

Ameriakda Türk Araşdırmaları Cəmiyyətinin qurucusu və  rəhbəri olan Kamal Karpat 20 ölkədə yayımlanan 130 məqalə və 16 kitabın müəllidfidir.

Kamal Karpat dünyasını dəyişənədək  İstanbul Şəhər Universitetində tarix kafedrasında professor kimi çalışmışdır.

Kamal  Karpat,  Türkiyə Böyük Millət Məclisinin  Fəxri mükafatçısı,  Türk tarix Qurumunun fəxri üzvü olmuşdur.

Egey Universitetinin tarixçi alimi Serkan Açar böyük alimin ölümünü belə qiymətləndirib, çox önəmli əsərlər qələmə alan böyük tarixçi, Akademik Kamal Karpat kimi alimlərin ölümü qədim zəngin bir kitabxananın yox olması kimidir.

Kamal  Karpat

Your email address will not be published.