Əməkdaşımızın məhkəməsi keçirildi

0 956

Kanal32.info xəbər verir ki,Fevralın 22-də Mingəçevir  şəhər Məhkəməsində hakim Hüseyn Mirzəliyevin sədrliyi ilə “Azərbyacan Bələdiyyəsi”qəzetinin və azbelediyye.az saytının müxbiri İxtiyar Həsənlinin və uroloq-cərrah Şükür Qurbanovun məhkəmə prosesi keçirilib.

Mingəçevir Şəhər Xəstəxanasının pulblik hüquqi şəxsi-direktoru Könül Ələkbərovun  iddiası əsasında baş baş tutuan prosesdə media təmsilçiləri,ziyalılar və xeyli sayda ictimaiyyət nümayəndələri iştirak edib.İkinci məhkəmə iclasında cavabdeh İxtiyar Həsənli üç vəsatət qaldırıb.Hakim vəsatətlərdən ikisini təmin edib.Cavabdeh çıxışı zamanı bildirib ki,qaldırılan iddia və tələblər gülünc olmaqla bərabər hüquqi baxımdan əsassızdır.Çünki onun yazdığı araşdırma məqalələrində yer alan fikirlər sırf tənqiddən ibarətdir və heç bir təhqridən söhbət gedə bilməz.Jurnalist həmçinin qaldırdığı vəsatətdə qeyd edib ki,xəstəxna direktrorunun iddiaçı kimi özünün məhkəmədə iştirakı təmin olunmalıdır.Çünki onun buradakı təmsilçisinin iştirakı qanuna zidd olmaqla yanaşı,bizim ona ünavnlayacağımız sualları cavablandırmaq səlahiyyətində və gücündə deyil.

Könül Ələkbərovun təmsilçisi isə öz növbəsində cavabdehin tələbləri və fikirləri ilə razı olmadığını bildirib.Ancaq buna baxmayaraq hakim iddiaçı Könül Ələkbərovun məhkəmədə iştirakının təmin olunacağını deyib.

Digər cavabdeh-həkim Şükür Qurbanovun vəkili Çiyanşa Ömərov çıxışı zamanı müdafiə etdiyi şəxsə qaldırılmış iddianın heç bir hüquqi əsası olmadığını bəyan edib.Və bildirib ki,iddia ərizəsində yer alan tələblər sadəcə gülməlidir.Ona görə də möhtərəm hakimin bu tələbi rədd etməsini xahiş edirəm.

Daha sonra idda edilən tələblərlə bağlı müzakirələr və dinləmələr aparılıb.Məhkəmədə çıxış edən azbelediyye.az saytının Baş redaktoru İnqilab Şirinbəyli iddiaçı tərəfin təmsilçisinə “KİV haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”qanunlardan xəbərsiz olduğunu deyib.Və bildirib ki,əslində Könül Ələkbərov tənqid yazan jurnalisiti məhkəməyə verməklə özü-özünü ifşa etməyə şərait yaradıb.

Hakim Hüseyn Mirzəliyev  isə öz növbəsində tərəflərə sübutlarını növbəti iclasda məhkəməyə təqdim etməyi tövsiyyə edib və növbəti məhkəmə prosesi mart ayın 14-ü saat 15:00-a təyin edib.

Xatırladaq ki, Mingəçevir Şəhər Xəstəxanasının pulblik hüquqi şəxsi-direktoru Könül Ələkbərov  “Azərbyacan Bələdiyyəsi”qəzetinin və azbelediyye.az saytının müxbiri İxtiyar Həsənlidən və uroloq-cərrah Şükür Qurbanovdan özünün “Şərəf və ləyaqətinin təhqir olunması,işgüzar nüfüzuna xələl gətirilməsi”iddiası ilə 20 min manat təzminat tələb edir.

Your email address will not be published.