613 şəhid,613 agac-FOTOLAR

0 632

Cəmiyyətin mədəni və sosial inkişafı yönündə  dövlətimizin atdığı addımlara yaxından dəstək olmaq  məqsədilə bir qrup Qeyri-Hökumət Təşkilatının birgə fəaliyyət platforması kimi yeni təsis olunmuş “A” QHT Klubu   Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə  ağacəkmə aksiyası keçirib.

Kanal32.info xəbər verir ki,Azərbaycan Respublikası  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də dəstəklədiyi bu tədbir çərçivəsində soyqırım zamanı qətlə yetirilən 613 Xocalı sakininin  xatirəsini əbədiləşdirmək üçün  613 agac əkilməsi nəzərdə tutulmuşdu. Aksiyaya vətəndaş cəmiyyətinin müxtəlif  sahələrinin nümayəndələrindən ibarət könüllülər- ziyalılar, juranlistlər, ali məktəb müəllimləri, BDU-nun SABAH qrupu tələbələri, Bakı İstanbul liseyinin müəllim- şagird kollektivi və valideynlər, ictimai fəallar, KİV nümayəndələri, müharibə veteranları  qatılıblar.Bakı-Şamaxı yolunun 58-ci km-də, Qobustan rayonu Cəngi ərazisində baş tutan ağacəkmə tədbirinin işçi prosesinə Azərbaycan Respublikası Ekologiya və  Təbii Sərvətlər  Naziriyininəməkdaşları Ramik Əşrəfov və Söhrab Abbasov rəhbərlik ediblər. Qobustan rayon İcra başçısı Adil Məmmədovun da tədbir iştirakçıları – könüllülərlə birgə ağac  əkməsi onun da bu çağırışa səs verdiyini nümayiş etdiriblər.

Aksiya könüllülər tərəfindən böyük həvəs və yüksək mütəşəkkilliklə həyata  keçirlib  Qeyd edək ki, A” QHT klubunun təsisçiləri  Mirzə Ələkbər Sabir Fondunun prezidenti, Sevda Tahirli (klubun rəhbəri), “Biosfer” İB –nin sədri Qorxmaz İbrahimli, Vətəndaşların Sosial Rifahı naminə İB-nin sədri İradə Rizazadə,“Turan” İstedadlar Birliyinin sədri Ceyhun Hacıbəyov, Azərbaycan Hemofiliyalı Xəstələr Assosiasiyasının sədri Gülnarə Hüseynova, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi İlqar İlkin, “Gənc mühasiblər” İctimai Birliyinin sədri Solmaz Əliyeva, Azərbaycan Jurnalsit Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifovadır.

Your email address will not be published.