Mingəçevirdəki Xocalılarla görüş keçirilib-FOTOLAR

0 815

Azbelediyye.info-nun məlumatına görə,Mingəçevir şəhər İcra Hakimiyyətinində şəhər rəhbəri  İlham İsmayılovun  Xocalıdan olan şəhid ailələri ilə görüşü keçirilib.

Görüşdə şəhərdə məskunlaşmış Xocalı şəhid ailələri ilə yanaşı təsərrüfat rəhbərləri, ictimaiyyət nümayəndələri də iştirak ediblər. Görüşü giriş sözüylə açan şəhər İcra Hakimiyyətinin baçısı İlham İsmayılov qeyd edib ki, Xalqımızın qan yaddaşına ən ağır faciə kimi yazılan Xocalı soyqırımından artıq 27 il keçir. Bu faciəyə görə bütün xocalılara başsağlığı verirəm.

Tədbirdə Mingəçevirdə məskunlaşmış Xocalı nümayəndələrindən adıçəkilən rayonun Mədəniyyət şöbəsinin müdir  Göyüş Həsənov,Keçmiş döyüşçü Zahir Usubov Xocalı sakinlərindən- Baloğlan Allahyarov, Səfər Səfərov, Süleyman Orucov, şəhər ictimaiyyəti nümayəndələrindən Qarabağ əlili Nizami Təhməzov, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, Turizm kollecinin direktoru Əyyub Əyyubov çıxış edərək Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fikirlərini bölüşüblər.

Görüşə yekun vuran şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov vurğulayıb  ki, Xocalı faciəsinin ildönümü ilə əlaqədar bütün dünyada tədbirlər təşkil edilir, Xocalı qurbanlarının xatirəsi anılır. Mitinqlər, yürüşlər keçirilir, ermənilərin vəhşilikləri barədə məlumatlar dünya ölkələrinə çatdırılır. Heydər Əliyev Fondunun rəhbərliyi ilə ayrı-ayrı ölkələrdə Xocalı faciəsi ilə bağlı tədbirlər görülür. Atıq dünyanın bir çox ölkələrində Xocalı soyqırımının tanınması barədə qətnamələr qəbul edilməkdədir.Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası dünyanın 50-dən çox ölkəsində uğurla həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində tam əminik ki, torpaqlarımız yaxın vaxtlarda yağı düşməndən azad olunacaq, işğal olunan bütün ərazılərimizin sakinləri kimi xocalılar da öz doğma yurd yuvalarına qayıdacaqlar,deyə icra başçısı fikirlərini yekunlaşdırıb.

Müəllif:İxtiyar Həsənli

Your email address will not be published.