Köçkün uşaqları üçün xeyriyyə tədbiri keçiriləcək-FOTO

0 764

Kanal32.info xəbər verir ki,“Azərbaycan-Türkiyə”juranlının təsisçisi və baş redaktoru Anna Şahbazqızının və Əməkdar jurnalist  Zərnişan Turanın təşəbbüsü və təşkilatçılığı ilə yaxın günlərdə bir neçə rayonda xeyriyyə tədbrinin keçirilməsi planlaşırılır.Məqsəd aztəminatlı ailələrə,imkansız və xəsətə olan məcburi köçkün ailələrinə dəstək olmaqdır.

Elə buna görə də adıçəkilən şəxslər rejissor-operator Əlinasir İmanlının iştirakı ilə  Mingəçevir şəhərinə səfər ediblər.Onlar səfər çərçivəsində Qaçıqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət  Komitəsinin yerdəki nümayəndəsi Rauf Nəbiyevlə və digər köçükün rayonların təmsilçiləri ilə görüşüblər.Həmçinin, Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Sahib Əliyevlə görüşən qonaqlar keçirilməsi nəzrdə tutulan xeyriyyə tədbirinin məqsəd və məramı bardə məlumat veriblər.

Sonra təşəbbüs qrupunun üzvləri İnternat Tipli Gimnaziyanın yataqxanasında məskunlaşan məcburi köçkün ailələri və azyaşlı uşaqlarla görüşüblər.

Onların vəziyyəti ilə yerindəcə tanış olublar.Təşəbbüs qrupunun rəhbəri Anna Şahbazqızı ”Kanal32”yə açıqlamasında bildirib ki,mart ayının sonuna kimi baş tutacaq xeyriyyə tədbiri çərçivsəində 30-a yaxın imkansız məcburi köçkün ailəsindən olan uşaqlara sünnət edilməsi, bir neçə ailəyə və müalicəyə ehtiyacı olan şəxslərə isə maddi yardım olunması nəzərdə tutulub.Artıq xeyriyyə aksiyasından bəhrələnəcək bir neçə ailənin siyahısı dəqiqləşdirilib.

Qeyd edək ki,xeyriyyə tədbirinə Avropada yaşayan tanınmış Türk iş adamları dəstək olacaq.

  

Your email address will not be published.