Türklərinin böyük din alimi şəhid oldu-Səməd Vəkilov yazır…

0 629

Səməd Vəkilov,Hüquqşünas

    Qədim türk yurdu  Doğu Türküstanda Uyğur türklərinin etnik kimliyinə qarşı  insanlıq dramı,  soyqırım , fiziki və mənəvi zorakılıq  ən acnacaqlı formada davam edir.  Uyğur türkləri kamplarda fiziki mənəvi işgəncələrə məruz qalır  evlərinə çinli kişilər zorla salınaraq uyğur qızlarını zorlayır.  Heç bir hüquq və mənəvi əxlaqi ölçülərə sığmayan Çin imperalist siaysətinə başda  Türkiyə Cümhuriyyəti olmaqla  heç bir dövlət beynəlxalq təşkilat  etiraz etmir. Əksər dövlətlər o cümldən  dünyaya radikal islam ixrac etməklə məşğul olan və özünü müsəlman dövləti sayan Səduyyə Ərəbistanı bu məsələləri Çin dövlətinin daxili işi hesab edir. Lakin beynəlxalq hüququn hamılıqla qəbul etdiyi prinsiplərə görə “insan hüquqları” heç bir dövlətin daxili işi hesab edilə bilməz. Lakin dünyada müsəlman-türk kimliyinə münasibətdə bu prinsiplər ikili standartlarla əvəz edilməsi kimi acı nümunə   uyğur türklərinində taleyinə yazılıb. Təəssüf  ki, son dönəmlər Çin həbsxanalarında şəhid olan  uyğur türklərinin azman kişilərinin ölüm xəbərləri belə türk dünyasına təsirsiz ötüşür. Bir müddət əvvəl ünlü uyğur ozanı Əbdürəhim Heyitin ölüm xəbəri türk dünyasını sarsıtdı bu səbəbdən bir neçə gündən sonra ünlü ozanın Çin həbsxanasından sağ olması ilə bağlı vido müraciətini yaymaq zorunda qaldılar. Lakin Əbdürəhim Heyitin  ölüm xəbəri yanlış olsa da daha acınacaqlı  gerçəklə üz-üzə qaldıq  böyük alim Muhammed Salih Hacim həbsxanada şəhid oldu.

Qurani-Kərimi uyğur türkçəsinə çevirən islam  alimi Muhammed Salih Hacim  kimdir?

1936-cı ildə    Doğu Türkistanın  Artuş şəhərində  anadan  olan  Muhammed Salih Hacim    kiçik yaşlarında ərəb-fars dillərini mənimsəmiş   11 yaşındaykən Quran hafizi olmuşdur. Onun   mükəmməl bir din alimi kimi yetişməsində bölgədə  şair və böyük  din alimi kimi nüfuz sahibi  olan atası  Salih Hacimin böyük  rolu olmuşdur. Muhammed Salih Hacim  Qurani-Kərimi uyğur türkçəsinə çevirən ilk islam alimi  kimi şərəfli bir ünvanıda daşımışdır. 3 il öncə heç bir səbəb olmadan Çin polisi tərəfindən həbs edilən böyük islam alimi bu günlərdə  82 yaşında Çin həbsxanasında şəhid olmuşdur.

 

 

 

Your email address will not be published.