Yeni icra başçısı hesabat verdi-FOTO

0 388

Azbelediyye.info-un məlumatına görə Mingəçevir Şəhər İcra Hakimiyyətinin “2018-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-ci ildə qarşıda duran vəzifələr”ə həsr olan hesabat  iclası keçirilib.

Tədbirdən öncə  rəsmi şəxslər  Ümumilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək,görkəmli dövlət xadiminin xatirəsinə öz hörmət və ehtiramlarını bildiriblər.

Hesabat yığıncağında Milli Məclisin deputatı Əli Hüseynli, Prezident Administrasiyasinin məsul əməkdaşı Vəfadar Bağırov, şəhərin idarə, müəssisə, təşkilatlarının rəhbərləri və şəhərin ictimayyət nüamyəndələri  iştirak ediblər.

Hesab məruzəsi ilə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə və regionlarda əldə olunmuş yüksək iqtisadi və sosial nailiyyətlər şəhərimizin də inkişafına öz müsbət təsirini göstərib.
Dövlət başçısının göstəriş və tapşırıqlarını fəaliyyət proqramı kimi qəbul edən Mingəçevir şəhər İcra Hakimiyyəti hesabat ilində bir sıra tədbirlər görüb. Daha sonra şəhər rəhbəri  2018-ci il ərzində şəhərdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə edilən uğurlardan və 2019-cu ildə qarşıda duran vəzifələrdən danışıb.
Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov 2018-cü ildə ölkədə aparılan işlərdən və qarşıda duran vəzifələrdən,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda davam edən hərtərəfli sürətli inkişafdan danışaraq, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial islahatların mühüm əhəmiyyətini vurğulayıb.

Mingəçeviri təmsil edən Millət vəkili  Əli Hüseynli  isə Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq ardıcıl şəkildə ölkə əhalinin sosial rifahının yaxşılaşdırılmasını təmin edən Fərman və sərəncamların olduqca böyük əhəmiyyət daşıdığını iştirakçıların diqqətinə çatdırıb.

Hesabat məruzələri və çıxışlardan sonra açıq mikrofon formatında şəhər  sakinlərin müraciətləri  və təklifləri dinlənilib.

Müəllif:İxtiyar Həsənli
     

Your email address will not be published.