Balababa Rzayev Mingəçevirə gəlidi və…-FOTOLAR

0 1. 057

Energetika naziri Pərviz Şahbazov,  “Azərenerji” ASC-nin prezidenti Baba Rzaye “Qoyuluş güclərinin optimallaşdırılması və bərpası” Proqramı çərçivəsində “Azərbaycan” İES-də görülən işlərlə yerində tanış olmaq üçün Mingəçevirdə səfərdə olublar. Nazirin iştirakı ilə “Azərbaycan” İES-in fəaliyyətinə baxış keçirilib, müzakirələr aparılıb.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev “Azərbaycan” İES-də proqramda nəzərdə tutulan tədbirlərə uyğun olaraq görülən işlər barədə məlumat verib. Bildirilib ki, 6 və 7 saylı enerji bloklarında turbin və qazanlarda əsaslı təmir işləri görülüb. Yenidənqurma çərçivəsində 6 və 7 saylı enerji blokları, 1 və 2 nömrəli əlaqə avtotransformatorlarının 550 kV-luq Açıq Paylayıcı Qurğularında olan istismar müddəti başa çatmış bütün avadanlıqlar yeniləri ilə əvəz edilib, müasir eleqaz açarları, ölçü transformatorları, yeni kabel kanalı və idarəetmə kabelləri quraşdırılıb.

Ancaq ən diqqətçəkən hadisə isə işçilərlə görüş zamanı yaşanıb.Belə ki,Yanvar ayında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi göstərişi əsasında işlərinə bərpa olunan Hərbilşədirlmiş Mühafizə Dəstəsinin işçiləri  “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevə yaxınlaşaraq öz minnətdarlıqlarını bildirblər.Daha sonra isə onlar deyib:”“Azərbaycan” İES-də çalışan bütün işçilərin əmək haqqı nəzərəçarpacaq dərəcədə artırılıb.Əgər mükndürsə,bizim maaşların artırılmasını təmin edəsiniz.Çünki biz 12 saat ağır iş rejimində çalışırıq.”

Bu zaman işçilər gözləmədikləri vəziyyətlə üzləşiblər.

Ancaq onların müraciətlərinin həll olunub,olunmaması hələ ki bilinmir.

Onu da qeyd edək ki, “Azərenerji” ASC-nin rəsmi internet saytındakı nömrəyə zəng edərək münasibət öyrənmək cəhdimiz isə baş tutmadı.Çünki nə zəng etdiyimiz qaynar xətt,nə də bu nömrədəki (+99412) 492-63-55 (Ümumi şöbə) telefonun dəstəyini qaldıran olmadı.

 

  

Your email address will not be published.