ADU-un kollektivi Ağdam məktəbində olub-FOTOLAR

0 665

 Kanla32.info xəbər verir ki,Azərbaycan Dillər Universitetinin(ADU) “Bir günlük xəlifə” adlı layihəsinin qalibi olmuş tələbələri, mətbuat nümayəndələri və həmin universitetdə fəaliyyət göstərən Çin Xalq Respublikasının Konfutsi İnstitutunun  müəllimi xanım Zhao Yuanmin  Mingəçevir şəhərində yerləşən Ağdam rayon 47 saylı köçkün tam orta məktəbinə səfər ediblər.

Səfərdə məqsəd  respublikamızda ilk  dəfə olaraq ADU-nun rektoru akademik Kamal Abdulla tərəfindən irəli sürülən “Məcburi köçkün məktəblərində pedaqoji təcrübə keçmək” pilot layihəsi əsasında,  ADU-nun müəllim və tələbə heyəti ilə görüşmək və onların pedaqoji təcrübə fəaliyyətinin gedişi barədə maraqlanmaq, eyni zamanda “Çini taniyaq” adlı tədbirdə iştirak etmək olub.

Məktəbinin rəhbərliyi gələn qonaqları səmimi şəkildə qarşılayaraq onları dəyirmi stol arxasına dəvət edib. ADU-nun müəllimi,hazırda məktəbdə metodist kimi fəaliyyət göstərən Mirsadiq Cəfərov hər iki tərəfi tanış etdikdən sonra onlar  layihənin icra olunduğu otaqda tədbirin əsas hissəsi başlayıb.Öncə Azərbaycan Respublikasının və ÇXR-in dövlət himnləri ilə səsləndirilib.Ardınca tədbirin hazırlanmasında böyük əməyi olan ADU-nun təcrübəçi tələbəsi Güllər Məmmədovanın təqdimatı olub.O, məktəbin şagirdləri ilə birlikdə iştirakçılara Çinin tarixi, ərazisi, əhalisi, adət- ənənələri, tarixi yerləri, dünya iqtisadiyyatında mühüm rolu barədə məlumat verib. Məktəbin şagirdi Vəfa Nağıyeva tərəfindən hazırlanan Çin şəhərlərindən bəhs edən videocarx isə tədbir iştirakçılarının böyük marağına səbəb oldu.

Daha sonra ÇXR-nın nümayəndəsi xanım Zhao Yuanmin çıxış edərək tədbiri hazirlayan ADU-nun təcrübəçi tələbələrinə və məktəb rəhbərliyinə təşəkkürünü bildirib.Ardınca universitet tərəfindən göndərilmiş məktəb üçün surətçıxaran aparat(printer) və xüsusi hədiyyələr  tədbirdə fəal iştirak etmiş şagirdlərə təqdim olunub.Öz növbəsində məktəbin direktoru Zülfiyyə Əliyeva və direktor müavini Tahir Nağıyev təşkilatçılara,xarici ölkənin nümayəndəsinə, eləcə də bütün tədbir iştirakçılarına  pedoqoji kollektiv adından minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdən sonra mətbuat nümayəndələri tələbələrin qazandıqları təcrübənin keyfiyyətini öyrənmək məqsədilə təcrübə dərslərində iştirak ediblər. Dərslərdən fraqmentlər cəkərək, ayrı-ayrı müəllim və şagirdlərdən müsahibələr götürüblər.

Xatırladaq ki, tədbir ADU-nun təcrübə keçən heyəti və Ağdam rayon 47 saylı köçkün tam orta məktəbin fəal şagirdləri tərəfindən hazırlanıb.

 

Your email address will not be published.