50 müsəlmanı öldürən terrorçunun ailəsi üzr istədi

0 727

Yeni Zelandiyada iki məsciddə 50 müsəlmanı öldürüb, 50-ni yaralayan terrorçu Brenton Tarrantın Avstriyada yaşayan ailə üzvləri çətin olsa da, media qarşısına çıxıblar.

Azbelediyye.info Gündemhaber-ə istinadən bildirir ki, Tarrantın 81 yaşlı nənəsi Mariya Fitcerald xəbəri eşidəndə dəhşətə gəldiyini bildirib: “Ailəmizdən kiminsə belə bir şey etməsini qəbul etmək çox çətindir. Bunun heç kimi geri qaytarmayacağını bilsək də, ölənlərin ailələrinə və yaralananlara görə çox heyfsilənirik. Biz onlardan üzr istəyirik. Sadəcə evə gedib gizlənmək istəyirik”.

Terrorçunun digər nənəsi, 94 yaşlı Coys Tarrant isə nəvəsinin yaxşı uşaq olduğunu, bu qətliamı qəbul edə bilmədiklərini deyib.

Tarrantın müəllim anası Şaron xəbəri elə dərsdə ikən eşidib.

Hazırda terrorçunun ailəsi polis tərəfindən qorunur.

Your email address will not be published.