Mingəçevirdə “Açıq qapı” günü keçirilib-FOTOLAR

0 826

Azbelediyye.info “Mingəçevir qəzetinə istinadən bildirir ki,Mingəçevirdə Novruz bayramı münasibətilə
Açıq qapı günü qeyd olunub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmrinə əsasən Milli ordumuzun bütün hərbi hissələrində açıq qapı günü keçirilmişdir. Martın 17-də təşkil olunan açıq qapı günü yüksək səviyyədə qarşılanmışdır. Mingəçevirdəki “N” saylı hərbi hissədə də açıq qapı günü bayram əhval-ruhiyyəsi ilə qeyd olundu. Novruz bayramına həsr olunmuş tədbirdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri ilə birlikdə Şəhid ailələri, Qarabağ Müharibəsi əlilləri, Müaharibə və Əmək Veteranları, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Bayram tədbirini hərbi hissənin komandiri polkovnik-leytenant Cərulla Ağayev açaraq tədbirə toplaşmış nümayəndələri salamladı, qarşıdan gələn Novruz bayramı münasibətillə hər kəsi təbrik etdi. Milli Ordumuzun inkişafı və yüksəlişi naminə həyata keçirilən dövlət qayğısından, Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi diqqətdən söhbət saldı. Hamıya xoş əhval-ruhiyyə arzulayıb.


Şəhər İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Mahir Əliyev, Qarabağ Müharibəsi Əlili Əbülfət Babayev, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri İranə Həsənova çıxış edərək hərbi xidmətdə olan əsgərlərə və onların valideynlərinə bayram təbriklərini çatdırdılar.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra şəhər incəsənət ustalarının ifasında konsert proqramı təqdim olundu. Mingəçevir Dövlət Dram Teatrının aktyorları Novruz bayramına həsr olunmuş maraqlı səhnəciklər, Dədə Qorqud, Bahar xanım, Keçəl və Kosanın Novruz sevinclərini təqdim etdilər. Əsgərlərə Novruz xonçaları təqdim olundu.

“Mingəçevir”qəzeti

Your email address will not be published.