Mingəçevir xəstəxanasının bitməyən problemləri-VİDEO-FOTO

0 1. 810

Dövlət  başçısı cənab prezident İlham Əliyevin müvafiq sərəncamı ilə İcbari Tibbi Sığortanın pilot layihə olaraq Mingəçevir Şəhər Xəstəxanasında tətbiqindən hər zaman gözləntilər yaxşı olub.Hətta,insanlar dövlətimizin səhiyyə xidmətlərinin yaxşılaşdırılması ilə bağlı atdığı bu addımı alqışlayıblar.

Ancaq yerli idarəetmədəki qeyri-peşəkarlıq nəticə etibarı ilə xeyli sayda ciddi problemlərə yol açıb.Bunlar haqqında əvvəlki bir neçə araşdırma yazımızda məlumat vermişik.Tənqidi yazılarımızın getdiyi ötən dövr ərzində qabartdığımız çatışmazlıqların az bir hissəsi aradan qaldırılsa da,hələ xeyli sayda problemlər qalmaqdadı.

Ağır xəstələrin saatlarla növbədə durması,presonalın və addımbaşı olan mühafizəçilərin pasiyentlərlə kobud davranışları hər gün qalmaqllarla müşahidə olunur.(bunu müşahidə etmək elə çətin deyil) Yoluxucu(infeksion) xəstəliklər şöbəsinə uşaq şöbəsi ilə eyni qapıdan girişin olması,Vərəm dispanserinin şəhərin kənarından mərkəzə köçürülməsi xəstəxana direktorunun şəxsi ambisiyalarından irəli gələn addımlardan biri kimi qiymətləndirilir.Bunu biz yox,şəhərin bir neçə tibb mütəxəssisləri deyir.Hazırda Mingəçevir xəstəxanasının pediatirya şöbəsində yoluxucu xəstəliklərlərin daşıyıcıları digər somatik xəstəliklərin daşıyıcıları ilə eyni mərtəbədən,eyni dəhlizdən istifadə edirlər.Şöbədəki həkimlərin verdiyi məlumata görə,bu haqda dəfələrlə xəstəxananın direktoru Könül Ələkbərova məlumat verilsə də,heç bir nəticə olamyıb.Əksinə,o bildirib ki,lazım gəslə 46 çarpayının hamısınıı infeksion xəstələrlə doldurulmasına göstəriş verəcəm.O zaman sual yaranır.Əgər yoluxucu xəstəliklər bu qədər çoxdursa,niyə karantin elan edilmir???Məlumatlar niyə gizlədilir?Hətta, peşəkarlıqdan uzaq idarəetmənin nəticəsi olaraq nevroloji xəstə uşaqların infeksion xəstəliklərə yoluxma riski hər ötən gün artır.Çünki yeni doğulmuş 4 günlük problemli uşaqlarla ağır epilepsiyalı və ya iflic xəstələr,o cümlədən naməlum etologiyalı qızıdrmalı xəstələr eyni palatdakı qonşu çarpayılara yerləşdirlir.Axı genefondumuzun əsasını təşkil edən bu məsum körpələrə bu cür yanaşmaq heç bir mənəvi,insani və ideoloji əxlaqa,həmçinin də movcud qanunverici normativlərə söykənən peşəkar səhiyyə idarəetmə prinsiplərinə sığmır.

“Təkmilləşmə və islahat” adı altında Neontologiya şöbəsinin ləğv edilməsi uşaqların ilkin keyfiyyətli müalicə alamsına mane olur və  gələcəkdə ciddi fəsadlar yaranmasına yol açır.Ən biabırçı məqamlardan biri də ondan ibarətdir ki,uşaq şöbəsinin iynə otağı açıq şəkildə dəhlizdə yerləşir.Adının çəkilməsini istəməyən mənbəmizin sözlərinə görə,xəstəxana rəhbərliyi bunun üçün heç bir addım atmır,həkimlərin təklif və təşəbbüslərini müzakirə belə etmir.Yalnız öz anti-demokratik və şəxsi ambisiyalarından irəli gələn davranışlar sərgiləyir.

Milyonlarla dövlət vəsaiti xərclənmiş xəstəxanada pasiyentlərin və gələn qonaların istifadə etdiyi oturacaqların vəziyyəti isə bu foto-şəkillərdən aydın görünür.

Ən ciddi problemlərdən biri kimi Təcili və Təxirəsalınmaz  Tibbi Xidmətin “təşkili”ni göstərmək olar.130 min əhalinin yaşadığı Mingəçevirə gün ərzinində cəmi 4-5 briqarda “xidmət”edir ki,bu da müraciət etmiş xəstələrin saatlarla yardım gözləməsinə gətirib çıxarır.Dövlətin milyonlarla vəsait ayırdığı bir xəstəxanada 4 Təcili yardım avtomobili 3 ilə yaxındır ki,qarajın həyətində “yatır”.

Təcili yardım xidmətində həkim çatışmazlığı var.Ancaq maraqlıdır ki,bir xəstəxanada yüzə yaxın mühafizəçi işə götürüldüyü halda,həkim çatışamazlığı yaşanır və bu problemin həlli üçün müvafiq addımlar atılmır.Gəncədən gətirilən(Mingəçevirin kifayət qədər tibbi kadrları olduğu halda)direktor Könül Ələkbərov dəfələrlə həkimləri və digər tibbi personalı nalayiq ifadlər və küçə söyüşləri ilə təhqir edib.(bununla bağlı bir neçə səs yazısı da var)Təhqiramiz ifadələrin yer aldığı lent yazı İTS üzrə Dövlət Agentliyin rəhbəri Zaur Əliyevə göndərilib.Ancaq nədənsə rəhbərlik  bu şəxs barəsində heç bir tədbir görməyib.Görünür,onların Cənab prezidentin 31 may 2007-ci il tarixdə imzaladığı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası qanunundan və bu qanun 9-cu(Mədəni davranış) və 23-cü( Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət) maddələrinin tələblərindən xəbərləri yoxdur.

Cərrahi əməliyyatların ağırlıq dərəcəsinə baxılmadan 3 gün müddətində pasiyent  xəstəxanadan  çıxarılır.Hətta,yaraları açıq olan və hər an həyatını itirmə təhlükəsi olanlar da xəstəxanada saxlanılmır. Sonrakı mərhələdə də bütün müalicələr,dərmanlar xəstənin öz vəsaitii hesabına ödənilir.Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəfələrlə müraciətlər olub.Mingəçevir xəstəxanasının rəhbərliyi dövlət başçımızın hər zaman xüsusi önəm verdiyi mətbuat və ictimai təşkilatlarla demək olar ki,əməkdaşlıq etmir.Hətta,adıçəkilən qurumlarla arasında uçurum yaradır.Hətta,bu adam onun haqqında tənqid yazan,rəhbərlik etdiyi tibbb müəssisəindəki problemləri gündəmə gətirən jurnalist İxtiyar Həsənlini məhkəməyə verib.Könül Ələkbərov hələ də anlamır ki,Cənab prezident hər çıxışında vurğulayır ki,mənim ən yaxın köməkçilərimdən biri media qurumları və jurnalistlərdi.Çünki bəzi məmurların biri-birinə “kırşalıq”etməsinin nəticəsi olaraq xeyli sayda problemlər və məmur özbaşınalıqları gizlədilir.

Şəhid ailələrinə,Qarabağ əlil və veteranlarına,məcburi köçkünlərə qarşı aqressiv münasibət sərgilənir.Könül Ələkbərovun əlində pulla saxladığı 2-3 nəfər Qarabağ əlili var ki,onlardan öz maraqlarına istifadə etməklə,yuxarılar qarşısında görüntü yaradır.Bu adamın əməllərinin şəhər sakinləri yaxşı bilir.Xəstələrdən qansuz şəkildə bir çox həkimlərin pul alması davam edir.Mingəçevir xəstəxanasının publik hüquqi şəxsi Könül Ələkbərovun özbaşınalığı o həddə çatıb ki,bu adam qanunları belə ayaqlar altına atır,öz şəxsi ambisyalarını önə çəkir.Bunun bariz nümunəsi kimi ölkənin ən strateji obyektlərindən olan Mingəçevir İES-dəki Tibb məntəqəsinin ləğv edilməsini göstərə bilərik.Əmək Məcəlləsinin 223.2-ci maddəsinin tələblərinə görə Min nəfərdən çox işçinin çalışdığı müəssisələrdə sənaye-sanitariya laboratoriyası təşkil olunur, habelə əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilir.Adıçəkilən müəssisənin strateji əhəmiyyətini,iş prinsipini nəzərə alsaq,görərik ki,burada hər an işçilər xəsarət ala bilər və qəza hadisələri qaçılmazdır.Bu baxımdan Təcili yardım gələnə kimi elə yerindəcə ilkin yardımın göstərilməsi mütləqdir.Orada çalışan yüzlərlə fəhlə stansiya daxilində tibb mənqəsinin ləğv edilməsindən narazdır.Bu şəxs isə “Burada mənəm,Bağdadda kor xəlifə”prinsipi ilə qanunsuz əməllərini davam etdirir.Hələ bu azmış kimi tibbi arayışlar üçün vətəndaşlardan 15 manat pul alınır.Bu zaman sual olunur.Əgər vətəndaş sığorta ödəyicisidirsə,ondan tibbi arayış üçün niyə pul alınmalıdır?

Digər bir sual.Niyə ödənilən 3 manat üçün verilən qəbzin üzərində VÖEN və ya vəsaitin ödənildiyi hesab nömrəsi yoxdur?

Ən ağır durumda xəstəxanay gətirilmiş insanlara “həkimin limiti dolub”deyərək uzağı saat  3-dən sonra xəstə qəbul etmirlər.Belə çıxır ki,ürəyi ağıryan insanlar “ürəklərinə deməlidrilər ki,Mingəçevirdə günün ikinci yarısı ağrımaq,xəstələnmək olmaz.Könül həkimin “qurduğu sistem”ə görə bu qadağandır.”(özü dəfələrlə şəstlə deyib ki,bu sistemi ölkədə mən qurmuşam)Bəli,bu cümlələr ilk baxışda gülməli görünə bilər.Amma,nə yazıq ki,acı reallıq məhz belədir.Bunların nəticəsidir ki,son 7 ayda xəstəxanadakı məsuliyyətsizlikdən 60 nəfərdən yuxarı insan həyatını itirib.Şəhid qardaşı,Qarabağ döyüşlərinin iştirakçısı,YAP üzvü Elman Orucovun üzləşdiyi utancverici məqam xəstəxanada hələ də aradan qaldırılmayan nöqsanları açıq şəkildə ortaya qoyur.

Bir sözlə,dövlətimizin son 3 ildə 20 milyon manata yaxın vəsait ayrdığı Mingəçevir Mərkəzi Şəhər Xəstəxanası şəxsi müəssisə kimi idarə olunur.Buradakı qanunsuzluqlarala bağlı mətbuat səhifələrində araşdırma yazılar da dərc olunub.Xəstəxanaın direktorunun mövcud fəaliyyəti birmənalı şəkildə insanları narazı salmaq və onlarda aqressiya yaratmaqdır.Konkret desək,Könül Ələkbərov icbari tibbi sığortanın yerli idarəetməsindəki və tibbi xidmətdəki boşluq və çatışmazlıqları açıq şəkildə dövlətin göstərişi kimi təqdim edir.Bu addımın adı isə siyasi,ictimai və mənəvi …

Ardı var…

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Azbelediyye.info

Your email address will not be published.