Azərbaycan bayatıları Belarus ədəbi məbuatında

0 835

Kanal32.info xəbər verir ki,Belarusun məşhur “Sozvuçie” ədəbi portalı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində milli folklorumuzun qədim janrlarından olan bayatılara geniş yer ayırıb.

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, bayatıların rus dilinə tərcüməçisi – görkəmli tərcüməçi, şair Vladimir Qafarovdur.

Qeyd edək ki, portal bir qədər əvvəl eyniadlı layihə çərçivəsində Nizami Gəncəvi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dahi Azərbaycan şairlərinin həyat və yaradıcılığı haqqında geniş məlumatlara, şeir və qəzəllərinə yer ayırmışdı.

Your email address will not be published.