“Türk milliyetçiliğinin babası”-Ziya Göyalp

0 261

Bu gün Türkiyənin məşhur ictimai xadimi,yazıçı şair.sosioloq “Türk milliyetçiliğinin babası” Mehmet Ziya Göyalpın doğum günüdür. 
O zaman Ismayıl bəy Qaspiralının ”Işdə, fikirdə, dildə birlik” şüarı səsləndirilirdi. Həmin o şüarı inkişaf etdirən bilavasitə Ziya Göyalp və Əli bəy Hüseynzadə olub. Atatürk deyirdi ki, mənim iki atam var. Biri cismani atam Əli, biri də mənəvi atam Ziya Göyalpdır. Ziya Göyalp isə deyirdi ki, mənim müəllimim Əli bəy Hüseynzadədir.
Türkçü olaraq tanınan Əlibəy Hüseynzadə türkçülük məfkurəsilə ilgili bütün dərinliyi ilə bir sistem yaratmayıb, ancaq Ziya Göyalp türkçülük, millətçilik sahəsində sistem yaradıb. Əslində belə müqayisələr aparmağın özü də gərəksizdir. Bu şəxsiyyətlərin hər ikisinin millətçilik, türkçülük sahəsində böyük xidmətləri var. Onlar sözün gerçək anlamında böyük ideal sahibidirlər.

Məlumat üçün xatırladaq ki,Ziya Gökalp 1876-cı ildə Diyarbəkirdə doğulmuşdur. II Məşrutədən başlayaraq Türkçülük axınının ən böyük nümayəndəsi kimi Türkdüşüncə və siyasət həyatına güclü təsir etmiş, Milli Ədəbiyyat axını içində yazdığı əsərlərlə Türk ədəbiyyatının forma və dil cəhətdən yeniləşməsini təmin etmişdir.

Ziya Gökalp siyasətfəlsəfə və tarix sahələrində araşdırmalar apararkən, despotizm əleyhinə gizli fəaliyyətlərdə də iştirak etmişdir. Bölgədə təhlükəsizliyin təmini üçün qurulmuş Hamidiyə alaylarının başındakı Milli tayfa rəisi İbrahim Paşanın törətdiyi soyğun və basqın hadisələri qarşısında xalqı müqavimət göstərməyə və hərəkətə yönəltmişdir.

Türk Ocağı ətrafındakı işləri, Türk Yurdu və özünün çap etdirdiyi Yeni Məcmuə (1917) kimi jurnallardakı yazıları, Türkçülük axınının qanunlarını təyin edən və müasir sivilizasiya qarşısında yerli bir sintezə çatılmasını şərt qoyan təklifləri (Türkləşmək, İslamlaşmaq, Müasirləşmək 1918), Darülfünunda oxutduğu cəmiyyət elm dərsləri, İttihad və Tərəqqinin idarəçi heyəti üzərindəki təsiriylə Ziya Gökalp, Sülhə (1919) qədər uzanan dövrün düşüncə və siyasət həyatına istiqamət verən faktorların başında iştirak edib. İstanbulun işğalı üzərinə həbs olunaraq iki il Maltada sürgün olub.(1919-1921). Döndükdən sonra 1923-cü ildə Diyarbəkirdən millət vəkili seçilib. Həmin vaxtlarda “Hakimiyyəti Milliyə”, “Yeni Gün”, “Respublika” qəzetlərində məqalələri  dərc olunub.”Qızıl işıq (1923), “Türkçülüyün Əsasları” (1923), “Türk Adəti” (1923) kimi kitabları o dövrün çox mühüm kitabları sayılıb. Respublika Xalq Partiyasının proqramını araşdıran və şərh edən Doğru Yol (1923) adlı araşdırmasını da yenə bu dövrdə qələmə alıb. O sıralar yazdığı “Türk Mədəniyyət Tarixi” isə ölümündən sonra nümayiş olunub. (1926). Yenə ölümündən sonra müxtəlif qəzet və jurnallarda çıxmış yazılarıyla məktubları müxtəlif kitablarda toplanıb-“Çınaraltı “ (1939)“Təriqət Nədir?” (1947),” Ziya Gökalp deyir ki” (1950).

Onu da qeyd edək ki, Ziya Gökalpın nəşr edilməmiş yeddi əsəri və ailə məktubları (1956) da var.

Your email address will not be published.