İcra başçısı sahibkarlarla görüşüb-FOTOLAR

0 271

Gəncə Şəhər İcra Hakimiyyətindən Kanal32.info-ya verilən məlumata görə,İcra başçısı Niyazi Bayramov Gəncədə fəaliyyət göstərən bir qrup sahibkarla görüşüb.

Görüşdə Gəncə şəhər prokuroru Fazil Həsənəliyev, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov və digər aidiyyatı qurumların rəhbərləri iştirak ediblər.

Ölkə başçısı İlham Əliyevin sahibkarlara yaratdığı şəraitdən, yersiz yoxlamaların qarşısının alınması məsələlərindən danışan Niyazi Bayramov, icra qurumları tərəfindən iş adamlarının fəaliyyətinə lazımi köməkliklərin göstərilməsi məsələləri üzərində dayanıb. Keçirilən görüşdə bildirilib ki,   neqativ halların aradan qaldırılması və  kiçik sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi məqsədi ilə hər bir sahibkar qanunun tələb etdiyi şəkildə müqavilə bağlayaraq, müvafiq qaydada fəaliiyət göstərə bilər. Müqaviləyə əsasən ödəniləcək vəsait isə dövlət büdcəsinə keçiriləcək.  Bununla da sahibkarların fəaliyyətlərinə əngəl törədən və ya mane olan amillər aradan qaldırılmış olacaqlar.

İcra başçısı sahibkarlıq subyektlərinin bugünün tələblərinə uyğun yenilənməsi, sahibkarlıq fəaliyyətində inkişaf istiqamətlərinin öyrənilməsi və bu sahədəki işlərin tənzimlənməsi üçün marketinq tədbirlərinin aparılmasını da tövsiyə edib. Sahibkarlara xidmətin müasir səviyyədə yenidən qurulması, istehlakçıların cəlb edilməsi istiqamətində yeniliklərin tədbiqi tövsiyyə olunub.

Səmimi söhbət şəraitində keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandıılıb, qarşıya çıxan bəzi problemlər yerində həll olunub.

Görüşdə çıxış edən sahibkarlar yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirib, onların fəaliyyətlərinin daha da genişləndirilməsinə köməkik göstərilməsi istiqamətində atılan addımları və əməli köməyi yüksək qiymətləndiriblər.

 

Your email address will not be published.