Xeyirxahlara dil uzadanlara xitab!

0 591

Müxtəlif dövrlərdə Azərbaycanda öz səxavəti və xеyirxahlığına görə ad qazanmış,cəmiyyət arasında böyük nüfuza malik insanlar olub.Müasir Azərbaycanda isə xeyriyyəçilik institutunun inkişaf perspektivləri ilk növbədə, ölkəmizin gələcək iqtisadi inkişafı, sosiomədəni modernləşməsi, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və cəmiyyətimizin mənəvi tərəqqisi ilə bağlıdır. Son illərdə Azərbaycanda vətənpərvərlik fonunda xeyriyyəçilik institutu intensiv şəkildə dirçəlməyə, fəal inkişaf etməyə başlayıb.Bu isə xeyli dərəcədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çox böyük səyləri və şəxsi təşəbbüskarlığı sayəsində mümkün olub.Məhz bu dəyərləri yaymaq və inkişaf etdirmək üçün bir çox ictimai fəal xanımlarımız da xeyirxah addımlar atırlar.

Belə xanımlardan biri də özünün imanı,əxlaqı,canıdildən vətənpərvərliyi və xeyriyyəçilik əməlləri ilə diqqətçəkən “Milana Hospital”ın Baş direktoru Xuraman Muradovadır.Bu iş xanımı o insanlardandır ki, nəinki var-dövlətini, lazım gələndə hətta, son qəpiyini də millət, xalq yolunda sərf etməkdən usanmır. Belələri əbədi xatirə kimi, gözəl insan kimi yaddaşlarda qalır, xatırlanırlar. Belə şəxslərin adları xalqın dilində həmişə hörmətlə çəkilir, onların qeyrəti gələcək nəsli qeyrətləndirir, onlar üçün tərbiyə məktəbi olur. Əslində nə mal, nə dövlət, nə şan, nə şöhrət insan nəfsini doydurub onu xoşbəxt edə bilməz. İnsanın xoşbəxtliyi onun həyatından sonra adının dillərdə hörmət və izzətlə çəkilməsindədir.İş adamı Xuraman Muradovanı tanıyanlar deyir ki,onun düşüncəsinə görə,Vətən,xalq sevgisi,imanlı olmaq və xeyirxah əməllər insani münasibətlərin son dərəcə incə, nəzakətli və həssas sahəsidir.Həmçinin,hər bir xeyriyyəçi, bu fəaliyyətdən bəhrələnənlər və ya vasitəçilər ümumbəşəri əxlaq, etika və nəzarət normalarına dönmədən riayət etməlidir.

Ancaq təəssüflə qeyd etməliyik ki,son illər ölkəmizdə olduqca mənfi və əxlaqdakənar bir tendensiya mövcuddur.Belə ki,bəzi insanlar ən xırda detallara görə bir çox yaxşı əməl sahiblərini(kimliyindən,siyasi mənsubiyyətindən asılı olmayaraq) gözdən salır,etik normalara sığmayan “kompaniyalar”başladır, muzdlu “jurnalist”lər,mirzələr vasitəsi ilə özünə müdafiəçi tapır,sosial şəbəkələr üzərindən özlərini”imam övladı”qismində cəmiyyətə sırımağa çalışırlar.Paxıllıq,gözügötürməmək,xeyirxah əməllərə kölgə salmaq sanki bu qəbildən olan “insan”ların  həyat tərzinə çevirilib.Sadalanan bu mənfur əməllər elə haqqında söhbət açdığım iş adamı,xeyriyyəçi, “Milana Hospital”ın Baş direktoru Xuraman Muradova qarşı da yönəlib.Sosial şəbəkələr və bəzi saytlar üzərindən həqiqəti əks etdirməyən fikirləri yazanlar anlamlıdırlar ki,”süfrə başında oturub yediyi qaba tüpürmək”tarixən Azərbaycan xalqının mənəvi və əxlaqi dəyərlərinə zidd olub.Çünki bu ən azından  vicdansızlıqdır.

Tam səmimiyyətlə deyə bilərəm ki,böyük ürək  və iman sahibi Xuraman Muradova ölkəmizin sayılıb-seçilən iş adamlarından,gənc  xeyriyyəçilərindən biridir.Neçə-neçə insanın şəfa tapmasına yardımçı olub.Xeyli sayda ailəni sevindirib.Unutmayaq ki,xeyirsevər,faydalı insanları göydə Allah,yerdə isə xalqı və dövləti qoruyur.Mənəvi problemləri olanlar heç vaxt cəmiyyətdə söz sahibi ola bilməz və onların fikirləri sadəcə “sabun köpüyü”effekti yarada bilər.

Dahi türk oğlu Cingiz Aytmatovun gözəl bir fikiri var:”Sən özünü bilirsənsə, bil ki, özünü bilməzlərin söylədikləri mənasızdır. Unutma, yersiz tənqid sadəcə gizli heyranlıqdır”.

Mən də məhz bu konteksdən çıxış edərək demək istəyirəm ki,Xuraman xanımın timsalında yersiz hədəf seçilən dəyərli insanlar bir şeyi unutmasınlar.Başqasının haqqına girənlər (?)ağacdan düşən yarpağa bənzəyir.Necə ki,onlar qurumaya məhkumdur,xalqın könülündən düşən insan və insanlar da unudulmağa məhkumdur.Allah yaxşıları qorusun!

İnqilab Şirinbəyli

“Kanal32” İnformasiya Agentliyinin rəhbəri,Siyasi şərhçi,AJB-nin üzvü

 

Your email address will not be published.