Mingəçevirdə ikiotaqlı fərdi yaşayış evində yanğın olub
Kanal32.info xəbər verir ki, səhər saatlarında Mingəçevirdə yanğın hadisəsi baş verib.Yanğın Bağlar yaşayış massivinin 8-ci küçəsində yerləşən fərdi evlərin birində qeydə alınıb.İki otaqlı yaşayış evinin söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhərində Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə briqadası gəlib.Onların müdaxiləsi nəticəsində yanğın lokallaşdırılaraq söndürülüb.Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı müvafiq qaydada araşdırma aparılır.