Gənc rəssamlarımızın Türkiyədə sərgisi keçirilib-FOTOLAR

0 782

Azərbaycanın gənc rəssamlarının Türkiyədə sərgisi keçirilib. Kamal Əlizadə və Nəsibə Vəkilovanın “Karma” adlı sərgisi Alanya Şəhər bələdiyyəsinin təşəbbüsü ilə elə adıçəkilən şəhərdə baş tutub.

Kanal32.info-nun məlumatına görə, Alaniyanın mədəniyyət mərkəzində təşkil olunan sərgidə rəssamların müxtəlif mövzu və janrlarda olan əl işləri nümayiş olunub. Alaniya bələdiyyəsinin sədr müavini Ali Yenialp və digər qonaqlar gənclərin sərgisini böyük maraqla izləyiblər. Qonaqlar tədbirin keçirilməsindən məmnunluqlarını ifadə ediblər və bunun şəhərin mədəni həyatında yaddaqalan hadisə olduğunu vurğulayıblar.

Qeyd edək ki,azərbaycanlı gənc rəssamların növbəti hədəfi öz əsərlərini Avropanın və Türkiyənin digər böyük şəhərlərində nümayiş etdirməkdir.

Your email address will not be published.