Gəncədə Aprel qəhrəmanının xatirəsi anılıb-FOTOLAR

0 705

Gəncə Şəhər İcra Hakimiyyətindən Kanal32.info-ya verilən məlumata görə,2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlər zamanı həyatını itirən Kapitan İnqilab Quliyevin xatirəsi anılıb. Anım mərasimində İcra başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

Səhər saatlarında Şəhidlər Xiyabanına gələn Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri şəhid Kapitan İnqilab Quliyevin məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər. Şəhidin ruhuna dualar oxunub. Burada Kapitan İnqilab Quliyevin doğmaları ilə görüşən Niyazi Bayramov onlara başsağlığı verib. Şəhidin atası Çingiz Quliyevlə söhbət edən şəhər rəhbəri, ailə üzvlərinin problemləri ilə maraqlanıb. Söhbət zamanı dilə gətirilən bir sıra məsələlərin araşdırılaraq, dərhal aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Xatırladaq ki, İnqilab Quliyev 1983-cü ilin 13 aprelində anadan olub. 2016-cı il aprelin 4-də Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlərzamanı qəhrəmancasına şəhid olub.Aprelin 5-dəGəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Kapitan İnqilab Quliyev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. İki oğlu yadigar qalıb.

 

 

 

 

 

 

Your email address will not be published.