Beyni ilə ürəyi arasında rabitə yaradan böyük insan

0 708

Şərəfli pedaqoq ömrünə qısa səyahət…

Mənim üçün böyük insan öz beyni ilə ürəyi arasında rabitə yaradan insandır. (Napoleon Bonapart)

Bəli,haqqında söhbət açacağımız insan da öz müdrikliyi,öz milli və bəşəri  düşüncələri,namusu,cəsarəti,xeyirsevərliyi,bir sözlə hüdudsuz dünyagörüşü ilə onu yaxından tanıyanların qəlbində əbədi yaşayan insanlardandır.Söhbət  tarixən türk qadınnlarına xas olan təkrarolunmaz  dəyərləri özündə yaşadan və çağdaş Azərbaycan ictimai fikir tarixində özünəməxsus yer tutan çox dəyərli elm adamı,ictimai xadim, Pedaqogika üzrə elmlər doktoru  Zəhra xanım Muradovadan gedir.Mübaliğəsiz deyər bilərik ki,Zəhra xanım o qadınlardandır ki,biz onunla sözün əsl mənasında fəxr və qürur duya bilərik.Çünki bu xanım özünün yüksək kübarlığı ilə əsrlərdən gələn milli mədəniyyətimizə, mənəvi-əxlaqi dəyərlərimizə söykənərək gənc nəsildə milli dövlətçilik duyğularının oyanması işinə öz töhfəsini verən qadınlardandır.İctimai xadım,kimya elimin bilicilərindən biri,20-ə yaxın kitab müəllifi olan Zəhra xanım Muradova M.F.Axundzadədən,H.B.Zərdabidən, N.Nərimanovdan və digər mütəfəkkir ziyalılardan başlanan bəşəri və milli maarifçilik ideyalarının təbliğində,yayılmasında müstəsna xidmətlər göstərməkdədir.

Ziyalı,elm adamı,ictimai xadim bank xəzinədarına bənzəyir.Amma,onun əlində sadəcə böyük xəzinələrin açarı var.Xəzinələr isə onun deyil…Xəzinələr həyatlarına işıq saldığı insanlarındır.Sözün əsl mənasında görkəmli pedaqoq Zəhra xanım Muradova məhz belə ziyalılardandır.Yaxından tanıdığım bu xalq müəlliminin həyat amalı,həyat yolu sağlam əqidəyə söykənən işiqlı ideyalar, xeyirxahlıq və təmənnasız  olaraq xalqına,millətinə  xidmət etmək,maarifləndirmə və qaranlıqdan işığa aparamaq yoldur.Sanki Zəhra xanımla görkəmli mütəfəkkir Həsən bəy Zərdabinin xanımı  Hənifə xanım arasında  bir oxşarlıq,bir  paralellik var.Çünki hər iki dəyərli türk qızı keçdikləri çətin həyat yoluna baxmayaraq, xalqımızın savadlanması,yüksək təhsilə yiyələnməsi  yolunda atdıqları addımlardan yorulmayıblar.Obrazlı desək, Zəhra Muradovanı elmin dəyirmanına su tökənlərdən saymaq olar.Bu dəyirmanın kimin üçün üyütdüyü ona fərq etməyib.Təki qazanan xalqımızın övladları olsun…

Özünün yüksək insani keyfiyyətləri ilə diqqət çəkən dəyərli müəllim pedoqoji fəaliyyəti dövründə hər bir şagirdinə ana olub,kimsəsizlərə sahib çıxıb,yetimləri sevindirib,yanına məsləhətə  gələnlərə  öz övladı kimi ana öyüdü,ana nəsihəti verib,düz yol göstərib.Ən əsası doğru bildiklərini deməkdən çəkinməyib. Əl tutmağı, təmənnasız kömək etməyi  həyat kredosuna çevirən Zəhra xanım insanlara olan münasibətini Həzrəti Əlinin bəzi müdrik fikirləri üzərində qurar : “pis pisliyindən qalmır ,biz niyə yaxşılığımızdan qalaq? .. Sən öz insanlığını itirmə, bir gün gələr o da sənin əməllərindən utanar,  öz səhvini anlar….  Yaxşılıq bütün pislikləri ram etmək gücündədir…”

Zəngəzur dağlarının vüqarını özündə yaşadan görkəmli alim Zəhra Muradovanın fəaliyyəti təkcə qazandığı titullarla,keçmiş SSRİ-nin və respublikamızın nazirliklərinin,müxtəlif elmi cəmiyyətlərin təltifləri,Kimya elminin inkişafına sərf etdiyi əmək  və pedaqoji fəaliyyətlə bitmir.O, müxtəlif vəzifələrdə çalışmaqla yanaşı,həm də Vətənini canıdildən sevən,bütün varlığı ilə Vətəninə,dövlətinə bağlı olan,onun dəyərlərinə sahib çıxan bir ziyalımızdır.Zəhra xanım 80-ci illərin sonu,90-cı illərin əvvəllərində başlanan Azadlıq hərəkatının fəal üzvlərindən,ideya yayıcılarından biri olub.Rus-erməni şovnizminə qarşı ən kəskin mövqe srəgiləyən şəxslərdən biri kimi Qarabağ həqiqətlərinin dünyaya çatdırılması uğurunda mübarizə aparıb.Həm də təkcə özü yox,həyat yoldaşı Əli müəllim və ailə üzvləri ilə birgə…Muradovlar ailəsi hər zaman haqqın,ədalətin yanında olub.Ədalətsizliyə qarşı barışmaz mövqeyi ilə seçilən böyük insan,görkəmli elm adamı Zəhra xanım Muradova heç zaman haqqı nahaqqa verməyib.O,fenomenal şəxsiyyət,böyük siyasi xadim,Ümummilli lider Heydər Əliyevin ölkəmizə qayıdışının ən qatı tərəfdarlarından biri kimi tanınıb və ölkənin parçalanma dönəmində xilasını və müstəqilliyimizin bərpasını onun qayıdışında görüb.Tarix isə bu dəyərli ziyalmızın yanılmadığını göstərdi.

Ziyalılar və elm adamları cəmiyyətimizin həm döyünən ürəyi,həm də güzgüsüdür.Bu güzgüdə görünən ən parlaq simalardan biri də  heç şəksiz çox dəyərli elm adamı,ictimai xadim, Pedaqogika üzrə elmlər doktoru  Zəhra xanım Muradovadır.

Bu gün  sönməz ziyası ilə gənc nəslimizi nura boyayan,onların həyat yolunu işqılandıran və türk qadınının parlaq təcəssümlərindən biri olan Zəhra xanım Muradovanın yubiley günüdür.Görkəmli maarifçi şairimiz Mirzə Şəfiz vazeh demişkən:  

    Sən özün qazanmasan

    səadətini hərgah,

    Onu sənə verəmməz

     bir Allah,  bir şah.

Bəli,Siz həyatdakı bütün uğurlarınızı özünüz öz zəhmətinizlə qazanmısınız.çünki elm bütün gözəlliklərin sonsuzluğudur.Mən də Sizə sonsuz,tükənməz  ziya,can sağlığı,üzun ömür və əbədi könül rahatlığı azrulayıram! Nura boyanmış 70 yaşınız-yubileyiniz  mübarək!

İnqilab Şirinbəyli

“Kanal32” İnformasiya Agentliyinin rəhbəri,AJB-nin üzvü,H.Zərdabi mükafatı lueratı

 

 

Your email address will not be published.