Sərbəst güləşçilərimizdən möhtəşəm UĞUR

0 735

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.

Azbelediyye.info xəbər verir ki, 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız ümumilikdə 145 xal toplayaraq komanda hesabında Rusiya (162) və Türkiyədən (156) sonra 3-cü yeri tutub.

Millimizə xalları 8 güləşçi qazandırıb. Komandamızın hesabına çempionlar – Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov hərəyə 25, gümüş medalçı Ağahüseyn Mustafayev 20, bürünc medalçılar – Mahir Əmiraslanovla Nurməhəmməd Hacıyev hərəyə 15, beşinci yerlə kifayətlənən Hacımurad Hacıyev və Murad Süleymanov isə hərəyə 10 xal yazdırıb.

Your email address will not be published.