Mingəçevirdə piyadanı avtomobil vurdu

0 649

Mingəçevir şəhərində  piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Kanal32.info xəbər verir ki, şəhərin Puşkin küçəsində yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Ağdam rayonundan məcburi köçkün Cəfərova Kəmalə Əli qızını Vaz-21099 markalı minik avtomobili vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 43 yaşlı qadın sürücü tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.Xəstə travmatologiya şöbəsinə yerləşdirilib.Həkimlər qadının vəziyyətini orta ağır qiymətləndirirlər.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsinin istintaq bölməsində  araşdırma aparılır.Hadisənin baş vermə səbəbləri araşdırılır.

Your email address will not be published.