Kəlbəcər məktəbində maraqlı “Oxu günü”-FOTO

0 737

Kanal32.info xəbər verir ki,Aprelin 23-ü Milli Qəhrəman Ş. Şükürov adına Kəlbəcər rayon 35 nömrəli tam orta məktəbdə “Oxu günü” münasibəti ilə tədbir keçirilib.

Aprel ayı ərzində şagirdlərin mütaliəsi üçün təqdim olunan kitabların sərgisi nümayiş etdirildi. 200-ə yaxın kitabın nümayiş etdirildiyi sərgidə məktəb direktorunun şəxsi kitabxanasından və AYB Mingəçevir filialından məktəbə hədiyyə olunan müasir dünya və Azərbaycan ədəbiyyatı müəlliflərinin kitabları yer alııb.

AYB Mingəçevir filialının sədri, tanınmış şair İsmayıl İmanzadənin də qatıldığı tədbiri giriş sözü ilə açan məktəbin direktoru, AYB üzvü Elşən Əzim çıxış edərək bildirdi ki, hər il 23 aprel UNESKO-nun qərarı ilə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd edilir.

Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmri ilə “Oxu günü” tədbirinin keçirilməsinin zəruriliyindən danışan direktor onu da qeyd etdi ki, Ədəbiyyat yalnız bir fənn deyil, insanın daxili aləmini, mənəvi dünyasını zənginləşdirən sənətdir. Ona görə də şagirdlərdə ədəbiyyata sevgini aşılamaq lazımdır. Sonra şagirdlər bir ay ərzində oxuduqları şeir və nəsr parçalarından ibarət ədəbi- bədii kompazisiyalar, səhnəciklər təqdim etdiblər.

Tədbirə valideyn kimi qatılan Aşıq Oşqar və Aşıq Fərəc rəngarəng aşıq musiqiləri ilə çıxış etdilər. Şagirdlərin görüşünə kitab hədiyyələri ilə gələn tanınmış şair-publisist, AYB Mingəçevir filialının sədri İsmayıl İmandzadə çıxış edərək mütaliənin insan həyatında, tərbiyəsində əhəmiyyətindən danışıb.

Yeni şeirlərini söyləyən şair sonda şagirdlərin suallarını da cavablandırdı. Kəlbəcər Rayon Təhsil Şöbəsinin əməkdaşı Qafur Zeynalov çıxış edərək 35 saylı məktəbdə keçirilən tədbirlərin hər zaman zəngin və inrtellektual səviyyədə olduğunu bildirib.

Your email address will not be published.