Türkiyəli şagirdlər Azərbaycan himnini oxudular

0 778

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyə Böyük Millət Məclisinin Azərbaycan əsilli deputatı Şamil Ayrım Ankaradakı Ali Quşçu adına məktəbdə təşkil olunmuş “23 aprel Milli Suverenlik və Uşaq Bayramı” şənliyinə qatılıb və uşaqlarla xatirə şəkli çəkdiriblər.

Tədbirdə Ali Kuşçu ilkokulunun 2D sinif şagirdləri  Azərbaycan himnini Azərbaycan dilində ifa ediblər. Bundan başqa, onlar xalq mahnılarımız əsasında hazırladıqları milli rəqslərimizi nümayiş etdiriblər.

Qeyd edək ki, bir müddətdir Bakı şəhəri Nərimanov rayonu 47 saylı tam orta məktəbdə Aişə Rüstəmzadənin sinif rəhbəri olduğu 2C sinfinin şagirdləri ilə Ankaranın Mamak ilçəsindəki Ali Kuşçu ilkokulunda Yasemin Erdoğanın sinif rəhbəri olduğu 2D sinif şagirdləri arasında “məktub dostluğu layihəsi” gerçəkləşdirilir.

Layihə 2018-ci ilin dekabrından başlayıb. Bu layihə çərçivəsində iki ölkənin adları çəkilən məktəblərinin  şagirdləri məktublaşırlar. Uşaqların, onların valideynlərinin və müəllimlərinin razılığı ilə atılan bu ilk addım məktəblilərin qarşılıqlı olaraq qardaş ölkə haqqında məlumatlarını artırır.
Bu, həmçinin Azərbaycanda və Türkiyədə qardaş ölkəni yaxından tanıyaraq böyüyən bir nəslin yetişməsinə töhfə vermək baxımından önəmlidir.

Your email address will not be published.