Təhlükəli maddələr daşıyan qatar relsdən çıxdı

0 789

Kanadanın Kvebek əyalətində yerləşən Monreal şəhərinin şərqində bir neçə vaqonunda təhlükəli maddələr daşıyan yük qatarı relsdən çıxıb.

CBC telekanalı xəbər verir ki, bu barədə Kanada Milli Dəmir Yolları İdarəsinin rəsmi nümayəndəsi məlumat verib.

Qəza nəticəsində yük qatarının 10 vaqonu relsdən çıxıb, lakin təhlükəli maddələrin sızmasının qarşısını almaq mümkün olub.

Hazırda hadisənin baş verdiyi ərazidə mütəxəssislər işləyir.

Hələlik insidentin səbəbləri barədə məlumat verilmir.

Your email address will not be published.