Baş prokurorluq Mingəçevir xəstəxanasında araşdırma başladıb

0 675

Kanal32.info xəbər verir ki,Mingəçevir şəhər sakini Məcnun Məmmədov “Şəfa” özəl tibbi diaqnostik klinikasının və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkimlərinin səhlənkarlığı ucbatından vəfat edib.

Hadisə ilə əlaqədar mərhumun qardaşı Əhməd Məmmədov Mingəçevir şəhər prokurorluğuna müraicət edib.Artıq müraciətlə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun yaydığı məlumata görə, Baş prokuror araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi üçün diaqnostik klinikanın və Publik Hüquqi Şəxsin həkimləri tərəfindən Məclum Məmmədova düzgün diaqnoz qoyulub-qoyulmaması, aparılmış müayinələrin, habelə xəstəyə tibbi yardımın qoyulmuş diaqnoza uyğun aparılıb-aparılmamasının yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə müəyyənləşdirilməsi məqsədi ilə Səhiyyə nazirinə müraciət edib.

Onu da vurğulayaq ki,son aylarda bu qəbildən olan ölüm hadisələri adıçəkilən xəstəxanada bir neçə dəfə qeydə alınıb.

Your email address will not be published.