Tarif Şurası qərar verdi: Sabahdan qaz sayğacları…

0 670

Bu gün Tarif Şurasının növbəti iclası keçirilib.

Kanal32.info-nun məlumatına görə, iqtisadiyyat naziri,Tarif Şurasının sədri Şahin Mustafayev hazırda qaz limitlərilə bağlı qəbul edilmiş yeni tarifləri elan edir.

Nazir bildirib ki, ölkədə əhalinin təbii qazın istifadə limiti artılıb.

“Əhalinin az təminatlı sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə təbii qazın illik istifadə limiti 2200 kub metrə yüksəlib. Maliyyə vəsaiti dövlət tərəfindən qarşılanacaq. Mövcud qərardan sonra əhalinin 85 faizi güzəştli tariflərlə limitdən istifadə edəcək”.

Ş.Mustafayevin sözlərinə görə, qərar mayın 1-dən etibarən qüvvəyə minəcək.

Nazirin sözlərinə görə, bugünədək 1,5 milyon abonent və ya 6 milyon nəfər bu güzəştli tarifdən istifadə edirdi:

“Mövcud qərara əsasən əlavə olaraq, 300 min abonent də bu güzəştlərdən istifadə edəcək. Bu da təxminən 1 milyon 200 min yeni güzəştli limit tariflərindən yararlanacaq. Əvvəlki rejimdə abonentlərin 70 faizi güzəştli tariflərdən istifadə edirdisə, bu günki qərardan bu hədd 85 faizə yüksələcək”.

İqtisadiyyat naziri qeyd edib ki, bütün sayğaclar sabahdan sıfırlanacaq və yeni tariflər tətbiq ediləcək.

Qeyd edək ki, son vaxtlar vətəndaşlar ilin ilk ayları olmasına baxmayaraq, müəyyən olunmuş limiti keçdiklərindən narazılıq edirlər.

Hazırda təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün 10 qəpik, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyən olunub.

Your email address will not be published.