Sürücünün dili kəsildi-AZƏRBAYCANDA

0 636

Ağdaş rayonu ərazisində yol qəzası baş verib. 

Azbelediyye.info “Kanal32″yə istinadən xəbər verir ki, hadisə Ləki kəndi ilə rayon mərkəzi arasındakı avtomobil yolunda qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobilinin yük maşınına çırpılması nəticəsində minik avtomobilinin sürücüsü Vaqif Məhəmməd oğlu Nəsibovun dili dişlərinin arasında qalaraq kəsilib.Əraziyə gələn Təcili Tibbi Yardım briqadası yaralını Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.O, Reanimasiya şöbəsinə yerləşdirilib.Həkimlər onun vəziyyətini ağır qiymətləndirilir.

Yaxınlarının sözlərinə görə, Vaqif Nəsibovun yüksək qan təzyiqi xəstəliyindən əziyyət çəkir.Hüquq mühafizə oraqnalarının istintaq qrupu ilkin ehtimal kimi qəzaya sürücünün sükan arxasında olarkən təzyiqinin qalxmasını göstərirlər.

Faktla bağlı müvafiq qaydada araşdırma aparılır.

Your email address will not be published.