YAP Mingəçevirdə maraqlı yarış keçirdi-FOTOLAR

0 825

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı tərəfindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş idman turniri keçirilib.

Azbelediyye.info xəbər veri ki,Üç idman növü-şahmat,nərd və dama üzrə keçirilən yarışda ərazi ilk partiya təşkilatlarının nümayəndələri,müxtəlif idarə və müəssisələrin təmsilçiləri  iştirak ediblər.

Turnirin açılışını  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov edib.O,çıxış edərək, Ulu öndər Heydər Əliyevin zamanında ölkəmizin idman sahəsində apardığı islahatlar və bu gün ölkə başçısı Cənab İlham Əliyevin Azərbaycan idmanına və idmançılarına xüsusi diqqət və qayğısından, idman sahəsinin dünya səviyyəsində inkişaf etməsi üçün atdığı addımlardan danışıb,iştirakçılara uğurlar arzulayıb.

Ardınca yarışa start verilib.Səmimi idman mübarizəsində keçən oyunlar hər kəs tərəfindən maraqla izlənib.Diqqət çəkən məqamlardan biri isə icra başçısı İlham İsmayılovun nərd yarışında şəxsən iştirak etməsi olub.

4 sata yaxın davam edən turnirdə şahmat üzrə Əmirzadə Nahid I yer, Baytalov Vurğun II yer, Əhmədzadə Əhməd III yer, dama üzrə İsmayılov Mais I yer, Qarayev Rinat II yer, nərd üzrə Əliyev Rəşad İslam oğlu I yer, “Kanal32”İnformasiya Agentliyinin rəhbəri Şirinbəyli İnqilab II yer, Nəsibov Adil  III yerin qalibi olublar.

33 saylı (“AzİES” MMC) ərazi ilk partiya təşkilatının nümayəndələri  isə ən fəal yarış iştirakçısı adını qazanıblar.
Qaliblər YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov tərəfindən fəxri fərmanla ilə təltif olunublar.

Müəllif: İxtiyar Həsənli

Your email address will not be published.