Məcburi köçkün ölümcül yaralandı-Mngəçevirdə

0 852

Mingəçevirdə “Tələbə şəhərciyi”ndə müvəqqəti məskunlaşan əslən Laçın rayonundan olan və fəhlə işləyən Ruslan Qəhrəmanov ölümcül xəsarət alıb

Kanal32.info xəbər verir ki,xoşagəlməz olay gecə saatlarında,Mingəçevir-Gəncə şosesində yerləşən “Tələbə şəhərciyi”nin ərazisində baş verib.

İlkin məlumata görə, gecə Ruslan Qəhrəmanov maşından tələsik düşərək qaçmağa başlayıb. Bu zaman dəmir sütuna çırpılan fəhlə baş, göz və boyun nahiyəsindən ağır xəsarətlər alıb. Yaralı Mingəçevir Mərkəzi Şəhər Xəstəxansına çatdırılıb və əməliyyat olunub.Həkimlər onun durumunu ağır qiymətləndirir.
Hadisənin hansı zəmində və nə səbəbdən baş verdiyi hələ ki məlum deyil.

Qeyd edək ki, əslən Laçın rayonundan olan Ruslan Qəhrəmanov Ağdamda yaşayır. Mingəçevirə isə işləmək üçün gəlib.

Faktla bağlı Mingəçevir şəhərinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma aparılır.

Your email address will not be published.