Sahibkar xanımın işi nəzarətə götürüldü-RƏSMİ

0 705

Aprelin 24-də saytımızda “Direktor 500 min dollarımı oğurlayıb”başlıqlı yazı yəqin ki,diqqətli oxucuların yadından çıxmayıb.

  Xəbər verdiyimiz kimi həmin yazıda sahibkar Rübabə Vəliyeva “Lotos” Ticarət Mərkəzinin rəhbəri Araz Rəhimova qarşı şok ittihamlar səsləndirmişdi və ölkə başçısına və 1-ci vitse-prezidentə müraciət ünavnalmışdı.

  İş adamı Rübabə Vəliyevanın Kanal32.info-ya verdiyi məlumata görə,artıq “Lotos” Ticarət  Mərkəzinin rəhbəri Araz Rəhimov tərəfindən  əmlakının talanması barədə cənab Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya müraciətindən sonra movcud problemə rəsmi rekasiya gəlib.Belə ki,əvvəllər Nizami rayon Polis şöbəsinində başlanılan təhqiqat işi yenidən təzələnib.Və Nizami rayon prokuroru Pərviz İbayevin 29 aprel 2019-cu il tarixli qərarı ilə  iş yenidən icraata alınıb.

Xatırladaq ki,İş adamı Rübabə Vəliyeva yanıb külə dönən “Diqlas” Ticarət Mərkəzi ilə yanaşı, eyni zamanda “Lotos” TM-in də direktoru olan  Araz Rəhimovu qanunsuz əməllərdə ittiham edənrək bildirmişdi ki,ticarət mərkəzinin rəhbəri ona 500 min dollarlıq ziyan vurub.

Your email address will not be published.