Niyazi Bayramov vətəndaşlarla görüşüb-FOTO

0 733

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb. Şəhər rəhbərliyi bu dəfə Şıxzamanlılar qəsəbəsinin sakinlərinin müraciət və təkliflərini dinləyib.

Kanal32.info-nun məlumatına görə,Niyazi Bayramov bildirib ki, mütəmadi olaraq keçirilən görüş və vətəndaş qəbulları ölkə rəhbəri, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq təşkil olunur. Əsas məqsəd sakinləri narahat edən problemləri öyrənmək və onları həll etməkdir.

Əsas müraciətlər işə qəbul, həyatyanı torpaq sahəsinin verilməsi, su təchizatının yaxşılaşdırılması, daxili yolların təmiri, ictimai nəqliyyat vasitələrinin sayının artırılması və marşrut xəttləri üzrə hərəkət edən avtobusların iş saatının uzadılması ilə bağlı olub. Bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.

Your email address will not be published.