“Abad məhəllə” layihəsinin icrasına başlanılıb-FOTO

0 593

Mingəçevir bələdiyyəsindən Azbelediyye.info-ya verilən məlumata görə, şəhərin ən böyük məhəllələrindən biri olan ərazidə – 20 Yanvar küçəsindəki 18, 20 və 22 saylı binaların qarşısında “Abad məhəllə” layihəsinin icrasına başlayıb.

Artıq ərazinin hamarlanaraq hazırlanması prosesi başa çatıb. Fevral-mart aylarında bələdiyyə həmin məhəllədə ağacəkmə kompaniyası aparıb. “Abad məhəllə” layihəsinə görə, ərazidə uşaqlar üçün idman-əyləncə qurğuları quraşdırılacaq, sakinlərin istirahəti üçün söhbətgah, kölgəliklər, oturacaqlar düzəldilərək, müxtəlif yerlərdə yerləşdiriləcək. Məhəllədə mini futbol meydanşçası, basketbol, həndbol oyunları üçün sahələr və cürbəcür sağlamlıq-idman qurğularının tikilməsi də nəzərdə tutulub.

 

Your email address will not be published.