Ziya Məmmədovun qardaşına yeni vəzifə verildi

0 680

Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib.

Azbelediyye.info axar.az-a istinadən xəbər verir ki, bu barədə ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev məlumat verib.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetdə yeni təsis edilən Strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin olunan Elton Məmmədovu kollektivə təqdim edib.

Qeyd edək ki, E. Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və keçmiş deputatdır.

Your email address will not be published.