İş adamı nədən Prezidentin tapşırığına əməl etmir!?

0 710

Kanal32.info xəbər verir ki, bir qrup zərərçəkən  şəxs strategiya.az-ın redaksiyasına müraciət edərək “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun  qanunsuz əməllərindən şikayət ediblər. Heç bir əlavə və düzəliş etmədən şikayət məktubunu diqqətinizə çatdırırıq.

Zərərçəkənlər bildirdilər ki; 

– Bakı Apellyasiya Məhkəməsinin mülkü kollegiyasının sədri Məmməd Məmmədovun sədrliyi ilə “Şərur” MTK-ya qarşı iddiamız üzrə işə baxılmışdır. Məhkəmə icraatı zamanı hakimin qərarı ilə araşdırmaya cəlb edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının 4 aydan çox çəkən detallı hesablamasının nəticəsi olaraq 08 oktyabr 2018-ci il tarixli AKT-ı tərtib etdilərək məhkəməyə təqdim olunmuşdur və nəticədə “Şərur” MTK-ya qarşı mükü hüquqlarımızın təmin edilməsi barədə qətnamə qəbul edilmişdir.

Dövlət başçısı hörmətli Prezident İlham Əliyev cənabları bütün zərərçəkmişləri  (900-dan çox vətəndaşı) bu sıxıntılardan qurtarmaq üçün şəxsi göstərişi ilə 17 dövlət qurum və təşkilatını bu problemin həllinə yönəltmişdir. Bu təşkilatlar arasında bağlanmış müqavilə üzrə vətəndaşlara dəymiş zərərin bərpa olunması  “Şərur” MTK-ya tapşırılmışdir. Və uyğun olaraq “Şərur” MTK-ya bütün imkanlar  (4 hektardan çox torpaq sahəsinin ayrılması, 10 milyon manat pul vəsaitinin ayrılması, bütün növ vergilərdən azad olumması və s. kimi) verilmışdır. Ancaq bu imkanların böyük əksəriyyətini təyinatı üzrə yox, şəxsi istəkləri üzrə yönəldən “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun dələduz əməllərini Azərbaycan Respublikası Auditorlar Palatasının peşəkar mütəxəssislərinin “Şərur” MTK-dan məcburi qaydada (məhkəmə qərarı ilə) götürülmüş 3000-dən çox müqavilə və ödəniş orderlərinin hesablanmasının 08 oktyabr 2018-ci il tarixli yekun AKT-ı açıq-aşkar ortaya qoymuşdur. Təkzib edilməz faktlarla sübut olunmuş cinayət tərkibli əməlləri azmış kimi  “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov tam bir məhsuliyyətsizliklə  Cənab Prezidentin göstərişi ilə bağlanmış müqavilə üzrə bütün öhdəliklərini artıqlaması ilə yerinə yetirdiyini bildirməkdədir. Onun məhkəmələrə göndərdiyi nümayəndəsi Şahbaz Məmmədovun isə bütün iclaslarda hakimlərin faktlarla bağlı verdiyi suallara təkrarlanan tək bir cavabı olmuşdur – “mənə İsfəndiyar müəllim nəyi deyirsə onu sizə deyirəm”. Hakimin araşdırma aparmaq üçün Şahbaz Məmmədovdan zəruri sənədləri dəfələrlə tələb etməsinə baxmayaraq, o, – “İsfəndiyar müəllim sənədləri mənə vermir” – deyərək məhkəmə araşdırmasını ələ salaraq aylarla uzatmışdır. Sonda hakim tərəfindən məcburi qaydada götürülmə qərarı qəbul edilmiş və icra məmurlarının 4 aylıq çalışmaları nəticəsində zəruri sənədlər  “Şərur” MTK-dan götürülmüşdür. Üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməyərək məhkəmənin işini aylarla uzatması və s. kimi hərəkətlər törətməsi  “Şərur” MTK-nın vəkilinin belə heç bir qanun-qaydaya əməl etməməsinin bariz nümunəsidir. Şahbaz Məmmədovun verdiyi izahatların isə tamamının ağ yalanlardan ibarət olduğunun isbatı üçün, Azərbaycan Respublikası Auditorlar Palatasının AKT-na və məhkəmənin qəbul etdiyi qətnaməyə baxmaq kifayət edir.

Son vaxtlar  şəhid ailəsinin mənzilini əlindən almaqla mətbuatın gündəminə gələn İsfəndiyar Axundov indi də zərərçəkmişlərin qanuni qətnaməsini ləğv etdirmək məqsədi ilə Ali Məhkəməyə şikayət vermişdir. O,  havadarlarına güvənərək Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının sədri Məmməd Məmmədovun qanuni və ədalətli qətnaməsini ləğv etdirəcəyini açıqca bildirməkdədir.

Şərur MTK-nın  hüquqşünası Şahbaz Məmmədov bu məsələlərdə xüsusi fəallıq göstərərək məhkəmələrdə çəkinmədən – “mən qanuna yox, ancaq İsfəndiyar Axundovun tapşırıqlarına əməl edirəm” –  söyləməsi, İsfəndiyar Axundovun hüquqüstü bir kimliyə sahib olduğunu göstərir.

Zərərçəkmişlər PA-na gedərək  1-ci Vitse-Prezident  Xanım Mehriban Əliyevaya  müraciət etmək niyyətində olduqlarını bildirdilər.

 14 may 2019-cu il.

                                                        İmzalar:

Abasov Mahir Ruşan oğlu _________________

Səfərov Alim Ərəstun oğlu ____________________

Abbasov İlqar Vəlican oğlu______________________

Əliyev Zəfər Əlisahib oğlu_______________________

Məmmədli Müzəffər Əli oğlu_____________________

Şirinbəyova Maral Muxtarpaşa qızı_________________

Abasova Seyranə Şərəfxan qızı_____________________

İsgəndərov Vidadi Təhlət oğlu_____________________

Aslanova Nailə Vasif qızı_________________________

Abasov Mahir Ruşan oğlu_________________________

Talıbova Zibeydə Dadaş qızı_______________________

Əliyev Qulamhüseyn Əlihüseyn oğlu_________________

Abıyev Anar İsrəfil oğlu __________________________

Cəfərov Mafisəd İltizam oğlu _________________________

Redaksiyanın qeydi: Şikayət məktubu imzalarla təsdiqlənib. Qarşı tərəfin də məsələyə münasibətini öyrənmək üçün dünən Şərur MTK-nın  hüquqşünası Şahbaz Məmmədovla əlaqə saxladıq. Ancaq Şahbaz Məmmədov ətrafda olan səs – küy səbəbindən danışa bilmədi və bizimlə əlaqə saxlayacağını bildirdi. Şahbaz Məmmədov redaksiya ilə əlaqə yaratmadığı üçün bu gün yenidən onunla əlaqə yaratmağa və məsələyə münasibətini öyrənməyə cəhd etdik. Cəhdlərimizə baxmayaraq, Şahbaz Məmmədovun mobil yelefonu qapalı olduğu üçün məsələyə münasibətini öyrənə bilmədik. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Strategiya.az

Your email address will not be published.