“Azərenerji”nin tərəfdaş şirkəti özbaşınalıq edir

0 561

Məlum olduğu kimi Respublikada elektrik enerjisinə olan tələbatın 43%-ni təmin edən 8 bloklu “Azərbaycan” İstilik Elektrik Stansiyasında bütün parametrlər üzrə tikinti, yenidənqurma və bərpa işləri aparılır. “Reabilitasiya Proqramı” çərçivəsində “Azərenerji”ASC tərəfindən stansiyada işlərin aparılması üçün podaratçı şirkətlər dəvət olunub(və ya tender qalibi olub).İddialara görə,podaratçılar “Azərenerji” ASC-nin rəhbərinə yaxın olan və ya qohumlarının rəhbərlik etdiyi şirkətlərdi.Əgər belə olmasaydı,onların bəziləri istədikləri kimi hərəkət etməzdilər.Bu günə kimi  “Azərenerji”ASC rəhbərliyinin qalmaqallı addımları ilə bağlı mətbuatda çox yazılıb.Balababa Rzayevin Azərbaycan İES-in,Mingəçevir SES-in və Varvara SES-in mühafizəsini həyata keçirən Hərbiləşdirilmiş Mühafizə Dəstəsini kütəlvi şəkildə işdən çıxarmasını və bu ilin martında Azərbaycan İES-də biri qrup mühafizəçini təhqir etməsini az qala bütün ölkə bilir.

Bu günlərdə Azərbaycan İES-də tikinti-quraşdırma  aparan“Falkon Grup”MMC şirkəti tərəfindən daha bir özbaşınalıq və qanunsuzluq edilib.Tikintidə çalışan işçinin əmək hüquqları pozulub və məcburi şəkildə işdən azad edilib.Bunu saytımıza məktubla müraciət edən Natiq Novruzov deyir.Müvafiq qurumlardan kömək istəyən işçinin müraciətini olduğu kimi təqdim edirik:

 

                                                                              Kanal32.info saytına

Mingəçevir şəhər F.Əzimov küşəsi ev 9-da yaşayan Novruzov Natiq İsmayıl oğlu tərəfindən

                                        Müraciət

Hörmətli redaksiya,

Yazıb sizə bildirirəm ki,01.05.2019-ci il tarixdə çalışdığım Az.İES ərazisində tikinti-quraşdırma  aparan“Falkon Grup”MMC şirkətində iş yoldaşımla aramızda mübahisə olub. Bu mübahisdən xəbər tutan rəis heyəti,  növbəti gün işə gələn zaman o biri iş yoldaşımı işə buraxmalarına baxmayaraq məni işə buraxmayıblar. Səbəbini soruşduqda isə baş vermiş mübahisə ilə bağlı mənə izahat yazdırmışlar. Mən də öz izahatımda mübahisənin mənim tərəfindən deyil, digər tərəfdən  baş verməsini və səbəbini göstərmişəm. Artıq bu hadisədən 10-dan artıq vaxt keçməsinə baxmayaraq, nə məni iş yerinə buraxan var, nə də yuxarı müdiriyyət tərəfindən qəbul edən. Məndən yeganə tələbləri isə, öz istəyimlə ərizə yazıb işdən azad olunmağımdır. Sahə rəisi Əziz İbrahimovla və usta Ayaz müəllimlə  dəfələrlə söhbətim zamanı bu halın mənim işdən azad olunmağım üçün əsas ola bilməyəcəyini desəm də, onlar öz israrlarında dayanıblar.Və artıq məni ərizə yazmağa məcbur ediblər.Şirkətin rəhbərliyi qarşımda şərt qoydu:”Ya qardaşın işdən azad olunmalıdı,ya da sən”.Mən isə qardaşımın işdən azad olunmaması üçün məcburən işdən azad olunmağımla bağlı ərizə yazmalı oldum.Bir sözlə,təzyiqlərə davam gətirə bilmədim.

Nəzərinizə çatdırmaq istəyirəm, yaşadığım evimizi yaşayış üçün normal vəziyyətə gətirmək üçün iki bankdan: Kapital və Express bankdan toplam olaraq 14000 azn kredit götürmüşəm. Hal-hazırda hər ay Kapital banka 445 azn, Express banka isə 202 azn kredit ödəyirəm.

Mənim  işdən çıxarılmağım artıq həyatımın ən çətin dönəminin olması anlamına gəlir.Çünki ailəmin bu kreditləri ödəməyə heç zaman gücü çatmaz və evimizi satmalı olacağıq. Bu həm də 37 il əmək fəaliyyəti olan birisi üçün həyatının sonu deməkdir.

Hörmətli redaksiya,hörmətli sayt rəhbəri, Sizdən xahişim budur ki, bu məsələni araşıdırıb, düzgün hüquqi qiymət almasına və mənim kimi kasıb insanların əmək hüquqlarıının bərpa olunmasına yardım edəsiniz.Və üzləşdiyim bu haqsızlığı ictimailəşdirərək,müfaiq qurumların diqqətinə çatdırasınız.

Hörmətlə,Natiq Novruzov

Tel: (050) 497 96 26

Onu da xatırladaq ki, “Falkon Grup” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı 2013-cü ildə də böyük bir qalmaqalla gündəmə gəlmişdi.Belə ki, yol verilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmış və şirkətin 3 əməkdaşı haqqında cinayət işi açılmışdı.

Qarşı tərəfin mövqeyini işqılandımağa hazırıq.

 

Your email address will not be published.